Qarabağ erməni hərbi birləşmələrindən tamamilə təmizlənməlidir - Ekspert
44 günlük Vətən müharibəsində Azərbaycan qalib gəldi. Lakin görünür Ermənistan Azərbaycanın bu qələbəsi ilə barışmaq istəmir. Müharibənin bitdiyi gündən indiyə kimi ermənilər dəfələrlə təxribat törətməyə çalışıb.
Bu günlərdə isə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycanın mövqelərini atıcı silahlardan atəşə tutub.
Maraqlıdır, ermənilər bu təxribatları ilə nəyə nail olmaq istəyir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Abuzər Əbilov bildirib ki, Ermənistan ordusunda Paşinyanın əleyhdarları çoxdur:
"Bütün müharibələr sülhlə bitir. Lakin Azərbaycanın qələbə qazandığı Vətən müharibəsi sülhlə yekunlaşa bilmir. Çünki Ermənistanda hazırki dövrdə siyasi proseslər həddən artıq pozğun məcraya gəlib çatıb. Ermənistanın Baş nazirinin dediyi və vəd etdiyi sülh prosesi öz həllini tapa bilmir. Paşinyan Brüsseldə səsləndirdiyi fikirlərdən Moskva səfərlərindən sonra imtina edir. Orduda baş nazirin əleyhdarları var. Həmin şəxslər Rusiyayönümlü qüvvələrdir. Ona görə də yaxın günlərdə sülhün bərqərar olmasına inanmıram. Hərbçilərin Ermənistan ordusuna birbaşa təsiri varsa qarşıya qoyulan məqsədlərə çata bilmərik. Ərazidə olan sülhməramlı qüvvələr də demək olar ki, öz vəzifələrini yerinə yetirə bilmir. Monitorinq qrupları yalnız protokol tərtib etməklə məşğuldur".
Ekspertin fikrincə, Qarabağ erməni hərbi birləşmələrindən tamamilə təmizlənməlidir:
"Hadisələrin gedişatına təsir mexanizmi yoxdur. Ona görə də ermənilərin təxribatlarına son qoymaq üçün Azərbaycan öz ərazilərində dərhal anti-terror əməliyyatına başlamalıdır. Ərazilərimizdə qalan separatçı qüvvələr və terroristlər məhv edilməli, qondarma rejimin saxta ""vəzifəli" şəxslər həbs edilməlidir. Qarabağ erməni hərbi birləşmələrindən tamamilə təmizlənməlidir. Yalnız bundan sonra delimitasiya və demarkasiya işlərinə start verilə bilər. Ermənistanın təxribatlarına qarşı kəskin və adekvat reaksiya verilməlidir. Çünki vəziyyət belə davam edərsə başıpozuq erməni dəstələrinin təxribatlarının sonu gəlməyəcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun