"Qarabağ ermənilərinə Rusiya pasportu verilməsi barədə açıqlamalar saxtadır" - RUSİYADAN MÜSAHİBƏ
"Qarabağ ermənilərinə Rusiya pasportu verilməsi barədə açıqlamalar saxtadır" - RUSİYADAN MÜSAHİBƏ
Türkiyə Avropa İttifaqına daxil olmaqda çətinlik çəkir, Rusiya isə "kollektiv Qərb"lə gərgin münasibətdədir. Buna görə də Moskva ilə Ankara arasında əlaqələrin inkişafı qaçılmazdır.
Bunu Rusiya Federasiya Şurası Beynəlxalq İşlər Komitəsinin Ekspert Şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Media.Az-a verdiyi müsahibədə bildirib.
"Dağlıq Qarabağa gəldikdə, dinamikaya riayət etmək lazımdır. Müharibədəki məğlubiyyətə görə bir növ psixoloji travma alan Ermənistan tərəfində bəzi problemlər görürəm. Türkiyə təbii ki, Azərbaycanın güclü tərəfdaşı kimi çıxış edir və Cənubi Qafqazdakı vəziyyətdə maraqlı tərəfdir. Ankaranın bu bölgəni nə vaxtsa tərk etməsi ehtimalı azdır, bu da Rusiya ilə Türkiyə arasında əməkdaşlığın uzunmüddətli olacağından xəbər verir", - deyə o qeyd edib.
Nikiforov erməni xalqının İrəvan rəhbərliyinin səhv davranışlarına görə travma aldıqlarını deyib:
"Nikol Paşinyan insanları "müqəddəs müharibəyə" qaldırdı, qələbələrdən danışıldı, amma bunların hamısı heç oldu".
Rusiyalı ekspert qeyd edib ki, erməni cəmiyyətində bu barədə absurd və səhv açıqlamalar çox olub. Onların bəziləri də Rusiya Xarici İşlər naziri Sergey Lavrov tərəfindən "ekzotik" adlandırılaraq rədd edilib.
O, Qarabağdakı ermənilərə Rusiya pasportlarının verilməsi barədə xəbərlərin də saxta olduğunu vurğulayıb:
"İndi də erməni tərəfində Rusiya pasportlarının verilməsi ilə bağlı açıqlamalar var (erməni millətindən olan Qarabağ sakinlərinə - red.), lakin bunlar hamısı saxtadır, onlar gələcəkdə də ortaya çıxacaqlar. Türkiyənin Rusiyaya "rüşvət" verməsi bu cür beynəlxalq saxtakarlıq nümunələrindən biridir. Unutmayın ki, Ermənistanda hələ də ABŞ-ın "kürklü pəncəsi" mövcuddur". /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına