Qarabağ itirildi, növbəti Dnestryanı ərazilərdir: Abxaziya və Cənubi Osetiya isə... - Putinin planı necə fiaskoya uğrayır?

Qarabağ itirildi, növbəti Dnestryanı ərazilərdir: Abxaziya və Cənubi Osetiya isə... - Putinin planı necə fiaskoya uğrayır?Bu gün Rusiya getdikcə əyləcləri sıradan çıxmış, yüksək sürətlə uçuruma doğru hərəkət edən avtomobili xatırladır. Hakimiyyət vəziyyətin nəzarətdə olduğunu iddia edir, cəmiyyət panikaya düşməməyə çağırılır, hər cür şübhə və tənqid isə zərərli elan olunur. Lakin qarşıdakı yol təhlükəlidir və bu hərəkəti dayandırmaq artıq mümkünsüz görünür.
KONKRET.az xəbər verir ki, ölkə daxilində sosial-iqtisadi mənzərə getdikcə qaralır. Qiymətlər artır, real gəlirlər azalır, Ukraynaya qarşı aparılan müharibənin nəhəng xərcləri büdcəyə ciddi təzyiq göstərir. Sanksiyalar Rusiyanın maliyyə resurslarına, texnologiyalara və bazarlara çıxışını məhdudlaşdırır. Buna baxmayaraq, rəsmi hesabatlarda vəziyyət nikbin təqdim olunur və bu, vətəndaşların gündəlik həyatında gördükləri reallıqla kəskin ziddiyyət təşkil edir. İqtisadi çətinliklər fonunda cəmiyyətdə çıxılmazlıq və ümidsizlik hissi getdikcə dərinləşir.
Bu böhranın əsas səbəbi Moskvanın Ukrayna hesabına təsir dairəsini güc yolu ilə genişləndirmək cəhdidir. "Rusların müdafiəsi", "denasifikasiya", "nasizmə qarşı mübarizə" kimi şüarlarla əsaslandırılan işğalın arxasında isə köhnə imperiya ambisiyaları dayanır. Paradoks ondadır ki, Rusiya onsuz da nəhəng ərazilərə malikdir, lakin bu torpaqların böyük hissəsi yoxsulluq, demoqrafik geriləmə və infrastruktur çatışmazlığından əziyyət çəkir, halbuki ölkə zəngin təbii resurslara sahibdir.
Reallıqda müharibə Rusiyaya nə təhlükəsizlik, nə nüfuz, nə də yeni imkanlar qazandırdı. Əksinə, uzunmüddətli münaqişə dövlətin zəif tərəflərini üzə çıxardı, resursları tükətdi və manevr imkanlarını azaltdı. Daxili problemlər dərinləşdikcə sabitlik də getdikcə daha kövrək xarakter alır.
Ən ağır nəticələr isə insan itkiləridir. Minlərlə rusiyalı, xüsusilə milli azlıqların nümayəndələri və kasıb regionların sakinləri başa düşmədikləri bir müharibədə həyatlarını itirirlər. Bu isə cəmiyyətdə ədalətsizlik hissini və daxili parçalanmanı daha da gücləndirir.
Ukrayna müharibəsi Rusiyanın postsovet məkanındakı təsirinə də ciddi zərbə vurub. Uzun illər Moskvanın xüsusi maraq zonası sayılan Cənubi Qafqaz faktiki olaraq onun nəzarətindən çıxır. Qarabağ məsələsi vaxtilə Kremlin əsas təzyiq alətlərindən biri idi. Lakin 44 günlük müharibədən və sonrakı proseslərdən sonra bu "kozır" əhəmiyyətini itirdi.
Bu prosesdə Azərbaycan həlledici rol oynadı. Qarabağda qələbədən sonra mövqelərini möhkəmləndirən və Türkiyə ilə strateji müttəfiqliyə söykənən Bakı regionda müstəqil və özünə inamlı oyunçuya çevrildi. Rusiya isə əsas vasitəçi və təhlükəsizlik qarantı statusunu qoruyub saxlaya bilmədi. Bu, region ölkələri üçün açıq mesaj oldu: Moskva artıq şərtsiz güc mərkəzi deyil.
Boşluq isə dərhal doldurulur. ABŞ Cənubi Qafqazda və Mərkəzi Asiyada diplomatik fəallığını artıraraq həm Rusiyaya, həm də Çinə alternativ təsir mərkəzi kimi çıxış edir. Region dövlətləri getdikcə daha praqmatik davranır və Moskva ilə məhdudlaşmayan tərəfdaşlıq axtarışına çıxırlar.
Rusiya üçün risklər bununla bitmir. Moldovada Dnestryanı ərazilərin taleyi də yenidən gündəmə gəlib. Prezident Maya Sandunun son açıqlamaları bu separatçı bölgənin yenidən Kişinyovun konstitusion nəzarətinə qaytarıla biləcəyinə işarə edir. Eyni zamanda, Moldovanın Rumıniya ilə birləşməsi perspektivi (Rumıniyanın NATO üzvü olduğunu nəzərə alsaq) Moskvanın regiondakı təsirini daha da azalda bilər.
Oxşar ssenarilər Abxaziya və Cənubi Osetiya üçün də istisna deyil. Rusiyanın bu "dondurulmuş münaqişələri" uzun müddət maliyyə və hərbi resurslarla saxlamaq imkanı getdikcə məhdudlaşır, halbuki digər beynəlxalq oyunçuların marağı artır.
Bütün bunların fonunda Kremlin qonşu dövlətlərə münasibətdə sərgilədiyi aqressiv ritorika xüsusilə diqqət çəkir. Dialoq və etimadın bərpası əvəzinə, Moskva Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin suverenliyini şübhə altına alan təhdidedici açıqlamalara göz yumur. Bu isə artıq güc nümayişindən çox, itirilmiş təsiri sözlə kompensasiya etməyə çalışan aciz davranış təsiri bağışlayır.
Nəticə etibarilə, Ukrayna böhranı Rusiyanı qlobal inkişaf yolundan kənara itələyib. Bir zamanlar böyük güc iddiasında olan ölkə bu gün daha çox qeyri-sabitlik və problemlər mənbəyi kimi qəbul edilir. Beynəlxalq əlaqələr zəifləyir, etimad itir, təsir dairəsi daralır. "Əyləcsiz avtomobil" isə hələ də yoluna davam edir və əsas sual artıq qəzanın olub-olmayacağı deyil, onun nə qədər ağır nəticələr doğuracağıdır.
Tərcümə etdi: Müşviq Tofiqoğlu

Siyasi       Tarix: 25 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

"Liderin ölümündən hücumdan bir saat sonra xəbər tutduq" - Qalibafdan ŞOK ETİRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf hərbi eskalasiyanın ilk gününün təfərrüatlarını bölüşüb. KONKRET.azxəbər verir ki, onun sözlərinə görə, İran rəhbərliyi liderinin həlak olduğunu hələ martın 9-da, ilk bombalamalarda

"Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz"- Deputat

Xəbər verdiyimiz kimi, türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı Ruben Vardanyanı dəstəkləməsi və mühazirə oxumaq üçün Bakıya gəlməkdən imtina etməsi ilə əlaqədar amerikalı risk tədqiqatçısı v

Rubinyandan müxalifətə ironik SUAL: "Bilirsinizmi, fraksiyanız səsvermədə niyə iştirak etməyəcək?"

Ermənistan parlamentində Milli Assambleyanın sədr seçkisi öncəsi siyasi qarşıdurma yaşanıb. KONKRET.azxəbər verir ki, "Ermənistan" fraksiyası parlament sədrinin seçilməsi ilə bağlı keçiriləcək qapalı səsverməd

Ermənistan parlamentinin ilk iclası yarımçıq qaldı - Sədr seçilə bilmədi

Ermənistanın 9-cu çağırış Milli Məclisinin birinci sessiyası avqustun 3-də işini davam etdirəcək. KONKRET.azxəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. Məlumata görə, sessiya avqustun 2-si səhər saatlarınd

Ermənistanın yeni hökumətinin tərkibi bəlli oldu

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. KONKRET.azxəbər verir ki, Xaçatryan bununla bağlı fərman imzalayıb. Fərmana əsasən:. Mqer Qriqoryan – Baş nazirin müavini. Tiqran Xaçatrya

Ermənistan Konstitusiyasından ərazi iddiaları çıxarılsa, sülh sazişi üçün problem qalmır

Ermənistan Konstitusiyasında Azərbaycana, həmçinin Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan maddə çıxarılmalıdır. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsini

Prezidentin bu ilin 7 ay ərzində iştirak etdiyi açılış mərasimləri - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib. Dövlət başçısı cari ilin ötə

Azərbaycana qardaş ölkəyə nüvə silahını kim verib? – Gizli razılaşma…

İranın nüvə silahı əldə etmək istəməsi məsələsinin müzakirə edildiyi bir məqamda məşhur iddia yenidən gündəmə gəlib. Bildirilir ki, Səudiyyə Ərəbistanının mərhum kralı Faysal ibn Əbdüləziz Əl Səud Pakistanın nüvə silahı proqramın

Netanyahudan KƏSKİN BƏYANAT: "İsrailin mövcudluğu..."

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizliyi və gələcəyi ilə bağlı sərt açıqlama ilə çıxış edib. KONKRET.azxəbər verir ki, baş nazir İsrailin suverenliyinin heç bir halda güzəştə gedilməyəcək əsas prinsi


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun xeberler şou biznes xəbərləri bugun xeberler