Qarabağ müharibəsində ölüm saçan PUA-lara daha bir ölkə elçi düşdü
Türkiyə Ukrayna ordusu üçün dron istehsal edəcək.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə naziri Endri Taran danışıb.
O bildirib ki, Ukraynanın Hərbi Dəniz Qüvvələrinin imkanlarını köklü şəkildə gücləndirmək üçün layihələr hazırlanıb. Bu çərçivədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün korvet və pilotsuz hücum təyyarələri sistemlərinin texnologiyası və istehsalının ötürülməsinə dair Türkiyə şirkətləri ilə müqavilələr imzalanıb.
Sənəd Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmirin başçılıq etdiyi Türkiyə nümayəndə heyətinin Ukraynaya səfəri zamanı imzalanıb.
Ukraynalı nazirin sözlərinə görə, bunlar Ukrayna hərbi departamentinin hərbi mallarla bağladığı ilk sövdələşmədir.
Qeyd edək ki, Kiyev 2019-cu ildə Türkiyənin "Roketsan" şirkətindən MAM-L yüksək dəqiqlikli bombalarla təchiz edilməsi planlaşdırılan "Bayraktar TB2" pilotsuz uçuş vasitələri alaraq testdən keçirib. Qeyri-rəsmi məlumatlara görə, bu müqavilənin məbləği 69 milyon dollar olub.
Xatırladaq ki, "Bayraktar TB2" pilotsuz uçuş aparatları Qarabağ uğrunda gedən Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən istifadə edildikdən sonra öz potensialını hərtərəfli ortaya qoyub və dünyaca məşhurluq qazanıb.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı