Qarabağ münaqişəsinin həllinə Qərbin reaksiyası: Qısqanclıq, yaralı qürur... - İSLANDİYADAN MÜSAHİBƏ

Qarabağ münaqişəsinin həllinə Qərbin reaksiyası: Qısqanclıq, yaralı qürur... - İSLANDİYADAN MÜSAHİBƏQarabağ münaqişəsinin həllinə Qərbin reaksiyası: Qısqanclıq, yaralı qürur... - İSLANDİYADAN MÜSAHİBƏ
Qərb ölkələri 9 noyabrdan 10 noyabra keçən gecə Rusiya, Azərbaycan və Ermənistanın Qarabağ münaqişəsinin həlli ilə bağlı imzaladıqları bəyanata gecikən reaksiya göstərməyə davam edirlər.
Tanınmış islandiyalı jurnalist və analitik Haukur Hauksson Qərbin, əslində, 10 noyabr bəyanatını nüfuzdan salmağa yönəlmiş reaksiyasını Media.Az-a verdiyi müsahibədə şərh edib:
"Qərbin reaksiyasından danışsaq, bu, mənim fikrimcə, gəlini toydan əvvəl qaçan bəyin qısqanclığına, yaralı qüruruna bənzəyir.
Qərb nizamlanmada ciddi rol oynamaq istəyirdi, ATƏT-in Qarabağa sülhməramlı kontingent göndərmək planları var idi. Ancaq 10 noyabra keçən gecə Rusiyanın vasitəçiliyi ilə hər şeyə qərar verildi. Əlbəttə ki, bu məsələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rol oynadı".
Hauksson qeyd edib ki, Qarabağ münaqişəsinin belə gözlənilmədən sürətlə həll edilməsi həm Brüsseli (Avropa İttifaqı), həm NATO-nu, həm də Vaşinqtonu şoka saldı:
"Onlar ümid edirdilər ki, Rusiyanın bölgədəki rolunu azaldacaqlar".
Jurnalist bildirib ki, Fransa və Belçikada Paris, Brüssel və ümumiyyətlə, Qərbi Avropada gizli təsiri olan güclü erməni diasporunun olduğunu xüsusilə söyləmək lazımdır:
"Erməni faktoru Şimali və Cənubi Amerikada və Rusiyada da əhəmiyyətli rol oynayır. Düşünürəm ki, erməni xalqına daha çox rəğbət bəsləyən bəzi (rusiyalı - red.) mütəxəssislər arasında müəyyən anti-Türkiyə və anti-Azərbaycan cərəyanı var. Bəzilərinin təhdid kimi qəbul edilən Türkiyənin, Türk dünyasının güclənməsindən qorxusu var.
Bu qorxular nə dərəcədə haqlıdır? Bilmirəm. Ancaq belə qorxular, deyək ki, beş milyon türk və kürdün yaşadığı Almaniyada da mövcuddur. Baxmayaraq ki, onlar qanuna tabe və əməksevər insanlardır. Bunlar Şimali Afrika, Suriya və digər bölgələrdən gələn miqrantlar deyil". /oxu.az

Siyasi       Tarix: 22 dekabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun oxu.az xeberler kriminal xeberler son xəbərlər bugün 2026