Qarabağ torpaqlarında sülh göyərçinləri

Qarabağ torpaqlarında sülh göyərçinləriQarabağ torpaqlarında sülh göyərçinləri
Azərbaycan Prezidenti İlham Əliyevin hər dəfə Qarabağ bölgəsinə səfər etməsi öz əhəmiyyəti baxımından çox diqqət çəkir. Bu, dövlət başçısının işğaldan azad edilmiş torpaqlarımızda bərpa işlərinə ciddi münasibət bəsləməsindən qaynaqlanır. Bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarına edilən səfər də bunu təsdiqlədi. Səfərin proqramı həm məzmununa, həm də aktuallığına görə xeyli dərəcədə zəngin idi. 
Cəbrayıl şəhəri 23 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdu. Respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşan cəbrayıllı məcburi köçkünlər 27 illik həsrətdən sonra nəhayət öz doğma torpaqlarına qayıtmaq şansı qazanıblar. Bu mənada 4 oktyabr 2020-ci il hər bir Cəbrayıl sakini üçün həmişəlik əziz bir tarix olacaq. Onlar üçün daha vacib faktorlardan biri də budur ki, "Böyük Qayıdış"la bağlı dövlətimizin ilk addımları da məhz Cəbrayıldan başlayacaq. 
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı Cəbrayılda yeni yaradılan Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında bütün bunlar barədə müfəssəl məlumat verdi. Yeri gəlmişkən, sözügedən bu inşa 5239 kvadrat metri əhatə edir və son dərəcə müasir üslublara cavab verir. Üstəlik hərbi hissə yeni texnologiyalarla, o cümlədən, yeni pilotsuz uçuş aparatları və s. ilə təchiz olunub. 
27 il idi ki, 132 kilometrlik Azərbaycan-İran sərhədi düşmən tapdağında qalmışdı. Bundan əlavə, 500 kilometrə yaxın Azərbaycan-Ermənistan sərhədi bizim nəzarətdən çıxmışdı. Bura yaxınlıqda yerləşən və Azərbaycan-İran dostluğunun rəmzi sayılan tarixi Xudafərin körpüsünü də əlavə etsək, onda sərhəd məsələsinin bizim üçün nə qədər böyük əhəmiyyət daşıdığı ortaya çıxacaq. Şükürlər olsun ki, bunlar artıq tarixin arxivinə verildi və biz öz sərhədlərimizi bərpa etdik. Bu isə danılmaz faktdır ki, Vətən müharibəsində sərhədçilərimiz də çox böyük hünər və igidlik göstəriblər və ölkə başçısının qeyd etdiyi kimi, onlar bir sıra dövlət təltiflərinə layiq görülüblər.
Təbii ki, bu səfər zamanı hər birimizin qürurla izlədiyi məqamlardan biri də Zəngilanın Ağalı kəndində "Ağıllı kənd" layihəsinin təməlqoyma mərasimi oldu. Bəlkə də törəndə sülh göyərçinlərinin səmaya buraxılması həm ermənilərə, həm də dünyaya verilən ən mənalı mesajlardan biri idi. Bəli, Azərbaycan xalqı həqiqətən sülhsevərdir və bunu həmişə əməli işi ilə sübut edib. Biz gerçəkdən qurub-yaratmağı sevirik və bunu işğaldan azad edilən torpaqlarda böyük coşqu ilə bərpa işlərinə başlamağımız da isbatlayır. Mənfur düşmənin viran qoyduğu kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz əvvəlkindən on dəfələrlə gözəl olacaq. Sadəcə, bütün bunlar bir qədər vaxt tələb edir.
"Ağıllı kənd" pilot layihəsi Zəngilanın Birinci, İkinci və Üçüncü Ağalı kəndlərini əhatə edəcək. Layihənin icrasında Azərbaycanla yanaşı, Türkiyə, Çin, İtaliya, İsrail şirkətləri də iştirak edəcək. Səfər zamanı həmin ölkələrin mütəxəssisləri ölkə Prezidentinə görəcəkləri işlər barədə müfəssəl məlumat verdilər və verilən sualları cavablandırdılar.
Məsələn, Türkiyə şirkətləri "Yaşıl enerji" layihəsində, Çin mütəxəssisləri isə "Ağıllı rəqəmsal texnologiyaları" üzrə, o cümlədən "Ağıllı təhsil", "Ağıllı səhiyyə", "Ağıllı kənd təsərrüfatı" layihələrində öz töhfələrini verəcəklər. İsraildən gələn nümayəndələr əsasən fermalar inşa edəcəklər. Bu fermalar tamamilə müasir üslubda və fərqli layihələr üzrə gerçəkləşdiriləcək. Südçülük ferması qurulandan sonra yerli əhali üçün təlim kursları keçiləcək. Çox keçməyəcək ki, kənddə məşhur brendlərin pendirləri istehsal olunacaq.
Bir sözlə, "Ağıllı kənd" layihəsi üzrə bütün infrastruktur işlərinin yüksək və müasir səviyyədə həyata keçirilməsi nəzərdə tutulur. Ağalı kəndindən olan bir qrup sakinlərlə görüşdə ölkə başçısı bütün bunlar barədə ətraflı danışdı.
Səfər zamanı Prezidentin və ailə üzvlərinin qocaman Çinar ağacına sarılmaları da çox təsirli idi. Axı, erməni faşistlər təbiətimizə də böyük ziyanlar vurublar, 54 min hektar meşə ərazimizi məhv ediblər, kəsib apararaq satıblar. Sözsüz ki, bu, təbiətimizə, fauna və floramıza çox ağır zərbədir.
Düşmən həm də məscidlərimizi dağıdıb. Zəngilan məscidində olan dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir daha erməni vandalizmini dünyaya göstərdilər. Həmin məscidin bərpasını isə Heydər Əliyev Fondu reallaşdıracaq. 
Əliabbas Salahzadə, millət vəkili /oxu.az

Siyasi       Tarix: 30 aprel 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler cəbhədən son xəbərlər 2026 qarabag cəbhədən son xəbər