Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərində yeni tədris ili bir həftə gec başlayacaq - RƏSMİ
Qarabağ və Türkiyə-Azərbaycan Universitetlərində yeni tədris ili bir həftə gec başlayacaq.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Qarabağ Universitetinə qəbul olan tələbələrin yataqxanalara yerləşdirilməsi prosesinə sentyabrın 15-16-dan başlanılacaq: "Universitetdə ilk tədris ili olduğu üçün birinci həftə tanışlıq həftəsi olacaq. Tədris sentyabrın 23-dən etibarən başlayacaq. Bu oxşar təcrübə Türkiyə-Azərbaycan Universitetində də tətbiq olunacaq".
Qarabağ Universitetində təhsil alacaq tələbələrə veriləcək əlavə təqaüd məbləği barədə danışan E.Əmrullayev vurğulayıb ki, bununla bağlı tələbələrin qeydiyyat prosesinin başa çatması gözlənilir: "Artıq 99 faiz tələbənin qeydiyyatı başa çatıb, imtina yoxdur. Tələbələrin hər biri təqaüdlə təmin olunacaq. Tədris ili başladıqdan sonra tələbələrə 100-150 manat arasında əlavə təqaüdlərin verilməsi planlaşdırılır. Eyni zamanda bəzi özəl şirkətlər də prosesə qoşularaq tələbələrə əlavə təqaüdlərin verilməsi təşəbbüsünü göstəriblər". / azxeber.com

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb