Qarabağ zəfəri Cənubi Qafqazda və türk dünyasında yeni dövrün başlanğıcıdır
"Ruhun şad olsun ümummilli lider Heydər Əliyev. Sizin övladınız Sizin vədinizi və vəsiyyətinizi gerçəkləşdirdi, Şuşanı işğaldan azad etdi.
Bu gün Azərbaycanın Milli Qurtuluş Günüdür. Bu gün həm də Şuşa Bəyannaməsinin imzalanmasının birinci, Qars müqaviləsinin imzalanmasının 101-ci ildönümüdür".
azxeber.com "report"a istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırım Şuşada "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilən konfransda deyib.
O, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada olmaqdan məmnunluq duyduğunu söyləyib: "Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın sizə ürəkdən salam və sevgilərini çatdırıram. Türkiyə-Azərbaycan əlaqələri mənfəət üzərində qurulmayıb.
Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq, dostluq üzərində qurulub. 44 günlük Vətən müharibəsindəki zəfərlə 30 ilə yaxın davam edən işğala son qoyulub.
Ötən ilin bu günündə Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev tərəfindən Şuşada tarixi Şuşa Bəyannaməsi imzalanıb.
Bu, tarixi bir sənəddir. Qarabağ zəfəri sadəcə işğal altındakı torpaqların azad edilməsi məsələsi deyil. Qarabağ zəfəri həm də Cənubi Qafqazda və türk dünyasında yeni bir dövrün başlanğıcıdır".

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?