Qarabağda müvəqqəti yaşayan ermənilər BMT-dən kömək istəyir – "ALINMAYACAQ"

Qarabağda müvəqqəti yaşayan ermənilər BMT-dən kömək istəyir – Qarabağ bölgəsində müvəqqəti yaşayan ermənilərin düşdüyü vəziyyət ağrılı şəkildə Sinyor Robinson komediya-parodiya filminin epizodunu xatırladır. Kimsəsiz bir adada çarəsiz vəziyyətdə qalaraq o, öz "kinoteatrını" qurur. Və dəniz haqqında filmə baxır…
Bu gün haylar xronologiya ilə bağlı fikirlərini yenidən nəzərdən keçirməlidir. Erməni mifologiyasına görə, Ayk və Anaitin nəsli Yaradan zühur etməzdən çox-çox əvvəl yaşayıblar (Qoy Allah belə küfrə görə bizi bağışlasın).
Lakin ən böyük problem erməni millətinin nümayəndələrinin paralel dünyada yaşamasıdır. Daha doğrusu, bu, paralel dünya deyil, özlərini unutmaq istədikləri güzgüdür.
44 günlük müharibəni xatırlatmaq kifayətdir ki, Azərbaycan Prezidentinin münasib ifadəsinə görə, işğalçını it kimi qovulduğu zaman Müdafiə Nazirliyinin sözçüsü Artçun Ovannisyan deyib: "Bu, qaçış deyil, taktiki geri çəkilmədir". Onun bu ifadəsi, hətta Ermənistanın özündə də istehza obyektinə çevrilib.
Deyəsən, hər şey aydındır: qalib və məğlub olan tərəf var. Ermənistanın 10 noyabr 2020-ci il tarixli kapitulyasiya aktı ləğv edilməyib. Yeri gəlmişkən, bu, hələ də ermənilər üçün müsbət məqamdır.
Amma məsələ başqadır: "tarixi vətənlərindən" qaçan, özləri ilə "tarixi tualet" götürən ermənilər indi iddialarla çıxış edirlər. Azərbaycana yox, BMT-yə qarşı…
Onlar BMT-nin Ermənistandakı ofisi qarşısında etiraz aksiyası keçirirlər.
Etirazçıların sözlərinə görə, onların əsas tələbi hələ də qaçqın statusu almaq məsələsidir. "Artıq iki ildir qeyri-müəyyən vəziyyətdəyik, bilmirik ki, statusumuz nədir? Əslində biz qaçqınıq", – Hadrutdan olan Artur Stepanyan jurnalistlərə müsahibəsində deyib.
Etirazçı qeyd edib ki, Şuşa və Hadrut işğaldan azad olunacağı təqdirdə onlara qaçqın statusu veriləcək və doğma yurdlarına qayıtmaq imkanı əldə edəcəklər.
"10 noyabr tarixli bəyanatın 6-cı bəndinə əsasən, qaçqın və köçkünlər öz yaşayış yerlərinə qayıdırlar", – deyə etirazçı xatırladıb.
Onun sözlərinə görə, onlar artıq bir neçə dəfə BMT ofisinin binası yaxınlığında aksiyalar keçirib, həmçinin bir sıra görüşlərdə iştirak ediblər.
"BMT birtəhər bizi siyasi məsələlərdən yan keçməyə və bunu sosial məsələlərlə əlaqələndirməyə çalışır. Hamı statusumuzla bağlı sualdan yayınır. BMT deyir ki, bu, siyasi məsələdir, buna sizin hakimiyyətiniz qərar verməlidir", – deyə etirazçı yekunlaşdırıb.
Ondan başlayaq ki, ermənilərin işi "soyqırım"sız alınmır. Amma bu elə çeynənmiş mövzudur ki, hətta adekvat ermənilər də bu uydurmaya inanmırlar. Sadəcə olaraq, ağlabatan sual yaranır: niyə yer üzündə türklər və azərbaycanlılar "bədbəxt" ermənilərə qəzəblənib, "yataqan"ları işə salıb? Təsəvvür edin, Birinci Dünya Müharibəsi gedir və ermənilərin təmsil olunduğu Osmanlı İmperiyasının təbəələri üsyan edir, Rusiya imperiyasının altına uzanmaq arzusu ilə alışıb-yanırlar.
Böyük Vətən Müharibəsi illərində vətənə xəyanətə görə məhkəməsiz və istintaqsız güllələnmişdilər. Həm də bütün ailələri ilə birgə. Osmanlı İmperiyasında onlara daha humanist yanaşırdılar: etibarsızlar cəbhəyə yaxın olan yerlərdən deportasiya edilirdilər.
Yəni "soyqırım vizit kartı" artıq heç kimi narahat etmir. Amma ən diqqətçəkən odur ki, Qarabağda müvəqqəti yaşayan ermənilər BMT-dən kömək istəyir. Həmin təşkilatın Təhlükəsizlik Şurası erməni silahlı dəstələrinin Azərbaycan ərazisini tərk etmək haqda dörd qətnamə qəbul edib.
Lakin erməni separatçıları ATƏT-in Minsk Qrupunun sırf dəstəyindən istifadə edərək, BMT-nin qətnamələrində öz əksini tapmış beynəlxalq hüquq normalarına heç bir əhəmiyyət vermədilər. Bu gün isə haylar özünəməxsus təkəbbürləri ilə BMT-dən nəsə tələb edirlər.
Təbii ki, BMT hansısa separatçının xırıltısına cavab verməyəcək. Baxmayaraq ki, bu məsələdə bir nüans var: əgər qarabağlılar öz müstəqil respublikasını yaratmaq istəsələr, Ermənistanda kifayət qədər yer var, yaratsınlar. Yalnız burada bir məqam ortaya çıxır: Ermənistanda yaşayan ermənilər Qarabağlı soydaşlarının ruhuna dözə bilmirlər. Qarabağ erməniləri onlar üçün "şurtvatlar", yəni "yer dəyişdirənlər"dir.
Amma Stepanyanın Şuşa və Hadrutun "işğaldan azad edilməsi" ilə bağlı xülyası bizi çox təəccübləndirdi. Yəni o və onun kimiləri başa düşmürlər ki, bizimlə dost olmaq lazımdır. Üstəlik, qonşularımıza dostluq əlini özümüz uzadırıq. Baxmayaraq ki, bu, vaxt itkisidir. Çaqqal heç vaxt aslanın dostu ola bilməz. Minval.az-ın hazırladığı şərhin sonunda deyilir ki, nankor qonşulara münasibətdə yalnız bir ifadə doğrudur: "Vay olsun, məğlub olanların halına".
BMT sizə kömək etməyəcək…
Roman Göytürk,
KONKRET.az

Siyasi       Tarix: 10 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

ABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfi

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam az xeberler krimnal bugun cəbhədən son durum sonxabar