"Qarabağ"da nə baş verir? - Qurban Qurbanov susmadı

"Qarabağ" Misli Premyer Liqasının X turunda səfərdə "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib.
KONKRET.azxəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Qalib gəlmək istəyirdik, amma alınmadı. Qarşımızda yaxşı, çox istəkli və əks-hücumlarda sürətli olan bir kollektiv var idi. Çempionat onu göstərir ki, hər oyuna maksimum hazırlaşmalıyıq. Pozitiv olaraq qarşıdakı matçlara hazırlaşacağıq. Dördpendirli pizza
– İlk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında mübahisə oldu. Onları cəzalandıracaqsınız?
– Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Komanda yoldaşıdırlar, dostdurlar. Həmişə bir yerdədirlər, bir-birilərinə qarşı pozitiv olurlar. Tam araşdırmadım. Ola bilər ki, oyunda əsəbləşməyə səbəb olan hadisə var. Bunu biz bilmirik. Amma yüz faiz cəzalanacaqlar. Bu cür hallar komandanın nəticəsinə təsir edir.
– "Sabah" əsas oyunçularının bir çoxunu oynatmayaraq "Qəbələ"ni 4: 0 hesabı ilə məğlub etmişdi. "Qarabağ" isə bu rəqibin qarşısında çətinlik çəkdi. Sizcə, bunun səbəbi nədir?
– "Sabah"a burada elə də asan olmamışdı. 2 qolu son dəqiqələrdə vurmuşdular. "Qəbələ"də yeni baş məşqçi var. Yeton Bekirini tanıyıram. Çempionlar Liqasında ötən mövsüm onun komandasına qarşı oynamışdıq. "Qəbələ" get-gedə daha yaxşı olacaq. Lider olmaq istəyiriksə, əlbəttə ki, daha yaxşı oynamalıyıq. Çatışmazlıqlarımız var. Bu da normal haldır. Ümumi çempionatın gedişinə baxsaq, hər turda istənilən nəticə qeydə alına bilər.
– Marko Yankoviçin fasilədə əvəzlənməsi sırf mübahisə ilə bağlı idi?
– Bəli.
– "Qarabağ", demək olar ki, yüz faizlik qol epizodları yarada bilmədi. Hücum xəttində axsamaların olmasının səbəbi nədir?
– Razıyam. Daha yaxşı oynamalı, daha çox topa sahib olmalıyıq, qol epizodları yaratmalıyıq. Bunun üzərində işləyirik. Potensialımız, gücümüz var.
– 18 ildir "Qarabağ"dasınız, bir neçə dəfə heyətdə böyük dəyişikliklər olub. Budəfəki yeniləmə prosesi niyə uğurlu alınmadı?
– Futbol elə oyundur ki, daim dəyişikliklər olur. Birdən-birə böyük dəyişiklik haradasa düşüncələrimizə mane olur. Çatışmazlıqlarla bağlı bir neçə fikir söyləmək olar. Əvvəlkindən daha yaxşı olmağa çalışırıq. İstənilən komanda istənilən rəqibə qarşı yaxşı oyun qura bilir. Bu da çempionatın səviyyəsinin qalxdığını göstərir. Bəlkə də, tam düşündüyümüz tipdə oyunçular əldə edə bilmədik. Bəzən futbolçulara görə oyun qurmağa çalışırıq. Amma hər bir halda mənə elə gəlir ki, çatışmazlıqları aradan qaldıracağıq. Oyunçuların potensialı var. Avrokuboklarda mübarizəni dayandırmaq bizə psixoloji cəhətdən təsir etdi. Bəzi futbolçuların zədələnməsi rotasiyanı aşağı saldı. Mütləq şəkildə yaxşı olmalıyıq. Çatışmazlıqlarımız var. Bunu gizlətmirəm. Belə yanaşmaq lazım deyil ki, "Qarabağ" əvvəlki kimi olmayacaq. Daha yaxşı olmağa çalışırıq. Olmasa belə, bu, o demək deyil ki, biz əllərimizi yanımıza salmışıq. Yaxşı nəticələr qazanmağa çalışırıq.
– Azarkeşlər həmişə "Qarabağ"ı başqa cür görüblər, sadəcə bu cür oyunu həzm edə bilmirlər…
– Komanda udanda uğurlu görünür. Deməzdim ki, transferdə yanlışlıq olub. Sadəcə komandanı dinamik oyuna çatdırmaq üçün bir az vaxt lazımdır. İnşallah düzələcək. Azarkeşlərimiz ürəksiz olmasınlar. Bəzi fikirlər yazılanda onun ətrafında cəmləşənlər çox olur, bir az neqativ yanaşma yaranır. Amma qətiyyən elə deyil. Yaxşı komandamız var. İnanıram ki, bizi qarşıda yaxşı oyunlar gözləyir. Heyəti genişləndirmək istiqamətində işlərimiz gedir.
– Adınız "Fənərbaxça" ilə hallanır. Bu xəbərlərə reaksiyanız necədir?
– "Fənərbaxça"ya uğurlar arzulayıram.

İdman       Tarix: 31 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Əliyar Ağayev və Elçin Məsiyev Avroliqa oyunlarında

Azərbaycanın FİFA referiləri Əliyar Ağayev və Elçin Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun oyunlarına təyinat alıblar. qurumun rəsmi saytına istinadla xəbər verir ki, Əliyar Ağayev İspaniyada keçiriləcə

İllik 26 milyon avro maaşdan imtina edir

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun baş məşqçisi Simone İnzaqi komandadan ayrılmaq qərarına gəlib. KONKRET.azxəbər verir ki, bu barəd insayder Nikolo Skira məlumat yayıb. O bildirib ki, italiyalı mütəxəssi

SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR

Bilindiyi kimi, Misli Premyer Liqasının 10-cu turunda keçirilən "Qəbələ" – "Qarabağ" qarşılaşmasının (0:0) gedişində qonaqların iki futbolçusu arasında mübahisə yaşanıb. Mateus Silva və Marko Yankovi

"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunları çərçivəsində "Qalatasaray" (Türkiyə) evdə "Ştutqart"ı (Almaniya) qəbul edib. KONKRET.azxəbər verir ki, İstanbulda keçirilən matç ev sahiblərini

İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına stadionda yaradılmış şərai

"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi

Türkiyənin "Fənərbaxça" klubu Azərbaycanın "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskası İstanbul təmsilçisinin sükanı arxasına gətirmək üçün danışıqlara başlayıb.   xəbər verir ki, bu barədə İtaliyanı

Azərbaycan millisinin heyətində dəyişiklik

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. xəbər verir ki, yığmanın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. Zədə səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onu

"Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. bildirir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşm

Emin Mahmudov millidə karyerasını başa vurur

Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib. -a istinadla xəbər verir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdə


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberleri beynelxalq bank mezenne maliyye xeberler bugun metbuat