Qarabağda nida işarəsi dekabrın 1-də qoyuldu!

Qarabağda nida işarəsi dekabrın 1-də qoyuldu!Qarabağda nida işarəsi dekabrın 1-də qoyuldu!
Yəqin ki, 1 dekabr 2020-ci il xalqımızın yaddaşında əbədi qalacaq. Təkcə ona görə yox ki, həmin gün Azərbaycan üçün çox böyük strateji əhəmiyyətə malik Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən boşaldıldı, həm də mənfur qonşularımızın 30 il davam edən işğalçılıq siyasətinə tamamilə son qoyuldu.
Bu il sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edəndə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanına, dövlətimizə, ordumuzun gücünə nə qədər inansaq da, həmin gün hər birimiz həyəcanlandıq. Çünki azğınlaşmış, vəhşiləşmiş və uzun illər cəzasız qalmış erməni separatçıları növbəti təxribata başladılar. Dövlət başçımız Vətən müharibəsi ilə əlaqədar ilk müraciətində deyirdi: "Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutub. 
Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bunun nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür".
Təbii ki, sonrakı aylarda və günlərdə biz dəfələrlə ölkə başçısının qələbə müjdələrini, xalqa müraciətlərini, xarici media nümayəndələrinə verdiyi müsahibələrini dinlədik. Müzəffər ordumuzun düşmənin başını əzdiyinin şahidi olduq və günü-gündən hər bir azərbaycanlıda zəfər çalacağımıza inam artdı. Əslində bu inamı Ali Baş Komandanımız elə xalqa ilk müraciəti ilə yaratmışdı: "Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
44 günlük müharibə Azərbaycanın erməni faşizmi üzərində zəfər ilə başa çatdı. Biz bir daha dostumuzu, düşmənimizi tanıdıq. Dövlət başçımızın təbirincə desəm, müharibə kimin kim olduğunu göstərdi. Təbii ki, bu xüsusda qardaş Türkiyənin mənəvi dəstəyi ayrıca qeyd olunmalıdır. Diqqətçəkən məqamlardan biri də o idi ki, erməni havadarlarının bütün ciddi səyləri boşa çıxdı. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Prezidenti cənab İlham Əliyev hər cür təzyiqlərə mətinliklə sinə gəldi, əsl sərkərdə və diplomatik qabiliyyət nümayiş etdirdi. Əsgər və zabitlərimiz ağlasığmaz dərəcədə hünər və rəşadət göstərdilər.
Görün, vəziyyət nə həddə gəlib çatıb ki, Avropada demokratik dəyərləri ilə tanınan Fransa kimi bir ölkədə "qondarma respublika"nın tanınması ilə əlaqədar senat qətnamə qəbul edir. Oyun qurtardı, müsyölar! Onsuz da Ermənistanın qaniçən cəlladları öz xalqını pis kökə salıb, heç olmasa sönmüş tonqalı yenidən alovlandırmağa cəhd göstərməyin. Axı, belə çirkin siyasəti biz 30 il idi ki, görürdük və dözürdük. Anlayın ki, dünya düzəninin yeni dizayna ehtiyacı var. Cənubi Qafqazda artıq Azərbaycan bunu sübut etdi. Sübut etdi ki, köhnə baxışlar, köhnə stereotiplər keçmişə gömüldü. Gözünüzü açın və bizim yaratdığımız yeni reallıqlara yaxşı-yaxşı baxın. Axı, sizlər nə vaxta qədər erməni murdarlıqlarına, erməni terroruna havadarlıq edəcəksiniz?
Dekabrın 1-də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyev Laçının və ümumiyyətlə işğalda olan torpaqlarımızın azad olunması ilə əlaqədar xalqa son müraciətini etdi. Dövlət başçımız öz çıxışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələləri bir daha şərh etdi və öz mülahizələrini irəli sürdü. Prezident qeyd etdi ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur, bundan sonra bu barədə keçmişlə bağlı danışmaq olar.
Müraciətdə ölkə Prezidenti bir daha Laçının Azərbaycan üçün hansı strateji əhəmiyyət daşıdığını ətraflı izah etdi. Laçın dəhlizinin şəhərin içərisindən keçdiyinə görə yaranmış situasiyadan narahat olmamağın səbəblərini göstərdi.
Laçın füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Ölkə başçısının vurğuladığı kimi, gələcəkdə Azərbaycanın iqtisadi inkişafına böyük təkan verəcək bir bölgədir. Laçının zəngin təbii sərvətləri, çox qiymətli meşələri, çayları var. Təkcə Həkəri çayının uzunluğu 100 kilometrə çatır. Digər çayları da bura əlavə etsək, onda rayonda böyük həcmdə su resurslarının olduğunu və bunun kənd təsərrüfatında hansı rolu oynayacağını izah etməyə lüzum qalmır.
Ölkə Prezidenti son müraciətində yeni bir faktı da xalqa çatdırdı. Heç demə, ermənilər hər il Laçında taxıl əkib 90 min ton məhsul əldə edirlərmiş. Bu da təxminən Ermənistanın taxıla olan ehtiyacının yarısına bərabərdir. Müraciətdə qeyd olunduğu kimi, onlar vəhşi kimi gəlib özgə torpaqlarını istismar edirdilər.
Sonda bir daha xatırladım ki, Laçın rayonu 1924-cü ildə yaradılıb. İşğala qədər əhalisi 50 min nəfər, hazırda isə 80 min nəfərdir. Rayonda 125 kənd, 1 qəsəbə və 1 şəhər var. 
Laçın Qarabağ uğrunda döyüşlərdə 264 şəhid verib, 65 nəfər itkin düşüb və 6 nəfər Milli Qəhrəman adına layiq görülüb. 
- Gözünüz aydın olsun, əziz laçınlılar!
- Gözün aydın, Azərbaycan xalqı!
- Qarabağ Azərbaycandır və nida işarəsi dekabrın 1-də qoyuldu!
Millət vəkili
Əliabbas Salahzadə /oxu.az

Siyasi       Tarix: 02 dekabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi 2026 zelzele en son xeberler