Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi

Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildiTarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda ermənilər yaşamayıb. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal alıb. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürülüb. Ermənilər əsasən Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazisində yerləşdiriliblər. Bundan sonra da Azərbaycanın torpaqları parçalanmağa başlanıb və bu yerdə Ermənistan dövləti yaradılıb. Ermənilər vaxtaşırı yerli azərbaycanlıları sıxışdırmağa başlayıblar və yerli əhali ermənilərin zülmündən öz ev-eşiklərini tərk ediblər. Sonralar isə ermənilər 1905-1906-cı illərdə yerli əhaliyə qarşı kütləvi soyqırıma başlayıblar. Onlar Azərbaycanın 70-dən artıq kəndini demək olar ki, yerlə yeksan etmiş, dinc əhaliyə qarşı ağlasığmaz cinayətlər törətmişlər.
1918-1920-ci ildə isə Ermənistanda olduqca az azərbaycanlı qalmışdı. Onlar ermənilər tərəfindən öldürülmüş və ya zorla öz doğma torpaqlarından çıxarılmışlar. 1918-ci ilin mart-aprel aylarında  Bakıda, Qarabağın dağlıq ərazilərində yerləşən 150-dən çox kənd yerlə yeksan edilib. Zəngəzurda 115 kənd darmadağın edilib. Sovet hakimiyyətinin dövründə də ermənilər öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirməyi davam etdiriblər.
1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarında didərgin düşməsi ilə nəticələnmişdir.
Xarici havadarları tərəfindən silahlandırılmış ermənilər vəhşıcəsinə dinc əhaliyə hücum çəkərək qətliyam törətmiş, yeddi min əhalisi olan Xocalı şəhərini yerlə yeksan edərək qocaları, uşaqları, qadınları qanına qəltan etmiş, əsir götürmüşlər. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər  müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.
Öz yürd-yuvalarından didərgin düşən soydaşlarımız Azərbaycanın rayonlarında məskunlaşaraq ağır şəraitdə yaşamışlar.
Azğınlaşmış ermənilər bunlarla da kifayətlənməyərək hər gün demək olar ki, yaxın ərazilərdə olan kəndlərimizi atəşə tutur, insanların yaralanmasına səbəb olur, təsərrüfatlarına külli miqdarda ziyan vururdular. Onların rahat yaşamasına imkan vermirdilər.
1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏT-in Minsk qrupunun atəşkəs barədə verdiyi bəyanatlara ermənilər tərəfindən məhəl qoyulmurdu. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə qətnamələr qəbul etsə də bu, yalnız kağız üzərində qalırdı.
Bu müddət ərzində Azərbaycan tərəfi dəfələrlə danışıqlar aparmış, qarşı tərəfi  atəşkəsə əməl etməyə çağırmışdır. 
Erməni təcavüzkarları isə 30 illik işğal müddətində Azərbaycanın misilsiz dini və mədəniyyət abidələrini məhv etmişdir.
Azərbaycan 2016-cı il aprelində Lələtəpə və 2000-ci il Tovuz döyüşləri zamanı torpaqlarımızın işğalı ilə barışmadığını bildirmişdir. Lakin bundan nəticə çıxarmayan ermənilər yeni ərazi iddiası ilə özlərini qəhrəman hesab edərək 2000-ci ilin sentyabr ayında mövqelərimizi və bir sıra yaşayış məntəqələrimizi artilleriya atəşinə tutdular.
Ali Baş Komandanın əmri ilə əks hücum başlandı. Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı geri qaytardı. Vətən müharibəsində Azərbaycana Türkiyə və türk xalqı siyasi və mənəvi dəstək oldu. 
Müharibənin bitməsi və kapitulyasiya aktının imzalandığına baxmayaraq, Ermənistan ordusu silahı yerə qoymurdu. Eyni zamanda torpaqlarımızı tərk edərək ərazilərimizə on minlərlə minalar basdırmışdılar. Bu minaların partlaması nəticəsində 300-dən çox insan həlak olmuş və yaxud sağlamlığını itirmişdir.
2023-cü il sentyabr ayının 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırdıqları minanın partlaması nəticəsində DİN Qoşunlarını daşıyan nəqliyyat vasitəsində olan hərbi qulluqçular həlak olmuşlar.  Bununla əlaqədar Azərbaycan tərəfi lokal şəkildə hərbi əməliyyatlara başlamışdır. 
Əməliyyat nəticəsində ərazilərimizdə olan cinayətkarlar, xunta rejimi tərksilah edilmişdir. Nəticədə onlar ağ bayraq qaldıraraq silahları təhvil vermişlər.
Könül Nəcəfova
Şəhid Hüseyn Nəcəfzadənin anası / azxeber.com

Siyasi       Tarix: 26 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntülər enson xeberler son xeberler bugun 2026 canli valyuta məzənnələri