"Qarabağda yaşayan ermənilərə ayrıca seriya nömrəsi verilmişdi"

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırıb.
KONKRET.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, Qarabağda qondarma rejimin "prezidenti" olmuş Qukasyan məhkəmədə bir sıra etiraflar edib.
O, qondarma rejimdə yaşayan erməni sakinlərə Ermənistan pasportu verildiyini söyləyib: "Dağlıq Qarabağ" heç bir ölkə tərəfindən tanınmadığına görə pasportlarımızda "Ermənistan Respublikası" yazılırdı. Lakin orada harada yaşadığı ünvan göstərilirdi: Xankəndidirsə, Xankəndi, Ağdərədirsə, Ağdərə. Bu pasportlar imkan verirdi ki, insanlar Rusiyaya, Avropaya və digər yerlərə gedə bilsinlər. Ona görə də belə bir qərar qəbul olunmuşdu ki, pasportlar Ermənistanda alınsın. Ermənistan vətəndaşları və Qarabağda yaşayan erməni sakinlərinin istifadə etdikləri pasportlar xarici görünüşünə görə eyni idi. Fərq yalnız seriya nömrələrində idi. Qarabağda yaşayan erməni sakinlər üçün Ermənistan tərəfindən ayrıca seriya nömrəsi verilmişdi.
Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatının aparılmadığını bildirən A.Qukasyan qeyd edib: "Ermənistan vətəndaşlarının Qarabağa gəldikdə və Qarabağda yaşayan erməni sakinlərinin Ermənistana getdikdə qeydiyyat aparılmırdı. Ermənistandan Qarabağa xarici vətəndaşlar gələndə və qayıdanda onların qeydiyyatı aparılırdı. Çox ölkələrdən gəlirdilər. Bir müddət bundan əvvəl "hakimiyyətdə olanlar" bu suallara cavab verə bilərlər. Çox insan – deputatlar, senatorlar, konqresmenlər və digərləri gəlirdilər".

Siyasi       Tarix: 14 mart 2025
f Paylaş

Oxşar xəbərlər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber bu gunun xeberleri haqqinda melumat hava durumu idman xeberleri