Qarabağda yetişdirib "Ermənistan məhsulu" kimi satıblar
Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən deyib ki, Azərbaycanın işğal altında olan ərazilərində istehsal edilmiş məhsullar Ermənistan vasitəsilə xaricə satılarkən üzərində "Made in Armenia" sözləri yazılıb.
KONKRET.az xəbər verir ki, o qeyd edib ki, buna səbəb qondarma rejimin "ixrac" etməyə hüququnun olmaması olub:
"İxrac olunan" növlər çox deyildi. Yalnız bir neçə şirkət idi ki, "ixrac"la məşğul olurdu. Bu şirkətlər Ermənistanda qeydiyyatdan keçirdi, filiallar, qardaş şirkətlər kimi. Çünki sertifikatlaşdırma və digər sənədləşdirmə işləri üçün yeganə yol bu idi. Son mərhələdə bu məhsul Ermənistandan ixrac olunurdu. Yaxud Ermənistanda qeydiyyatdan keçmiş hansısa şirkətə köçürülürdü, həmin şirkət vasitəsilə emal edilirdi".
Digər təqsirləndirilən şəxs Bako Sahakyan da etiraf edib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazilərində istehsal edilən məhsullar xarici ölkələrə "Ermənistan məhsulları" adı altında satılıb.//"Qafqazinfo"

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir