Qarabağdakı erməni sakinlərlə görüşlər başladı - Bakı istəyinə nail olur

Qarabağdakı erməni sakinlərlə görüşlər başladı - Bakı istəyinə nail olur"Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovun martın 1-də Rusiya sülhməramlı kontingentinin qərargahında ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə keçirdiyi görüş onu göstərir ki, Azərbaycan tədricən öz istəklərinə nail olur".
Bunu azxeber.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, Qarabağda hələ də təhlükəsizlik tam təmin olunmayıb: "Buna baxmayaraq, dialoq təmin edilib. Azərbaycan Laçın yolunda nəzarəti gücləndirir. Həmçinin terrorçu Ruben Vardanyan artıq Qarabağdan qovulub. Bütün bunlar onu göstərir ki, rəsmi Bakı öz məqsədləri uğrunda inamla irəliləyir. Bizim əsas istəyimiz ondan ibarətdir ki, prosesə mane olan qüvvələr müqavimətin mənasız olduğunu başa düşsünlər. Əgər müqavimət davam edərsə, Azərbaycan adekvat tədbirlər görə bilər".
Siyasi icmalçının sözlərinə görə, baş verən proseslər Laçın yolu mövzusundan sui-istifadə edərək Azərbaycana qarşı aparılan kampaniyaların iflasa uğradığını göstərir: "İndi bizim əsas məqsədimiz Laçın yolunda nəzarət-keçid məntəqəsinin yaradılmasıdır. Kimsə buna mane ola bilməz. Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 28-də Bakıda bəyan edib ki, bu, üçtərəfli sənədlərdə qeyd olunmayıb. Bunu biz də bilirik. Əgər Lavrov üçtərəfli sənədə istinad edirsə, söyləməliyik ki, orada Zəngəzur dəhlizinin statusu da konkret olaraq göstərilməyib. Həmçinin sənədlərdə erməni terrorçularının Qarabağdan çıxarılmasının vacibliyi barədə müddəa var. Rusiya sənədlərdəki tələblərin icrasında maraqlıdırsa, Ermənistandan bunu tələb etməlidir. Yəni Moskva öhdəlikləri öz istədiyi kimi qiymətləndirirsə, bunu biz də edə bilərik".
Analitikin sözlərinə görə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə növbəti görüşlər Bakıda, Ağdamda, Gəncədə də keçirilə bilər: "Bizim üçün utopik nəsə yoxdur. Vətən müharibəsi göstərdi ki, hadisələrin inkişaf istiqamətlərini biz müəyyənləşdiririk. Azərbaycanın həyata keçirdiyi güclü diplomatiya bütün məqsədlərimizin reallaşmasına imkan verir. Üç il əvvələ kimi bəziləri deyirdilər ki, Azərbaycan Şuşanı azad edə bilməz. Lakin biz bunu bacardıq. Yəni Qarabağdakı ermənilər tez-gec Azərbaycanın vətəndaşlığını qəbul edəndən sonra görüşlər paytaxt Bakıda da keçirilə bilər. Ümumiyyətlə, bu təmaslar davam etməlidir. Biz hələ prosesin astanasındayıq".
Qeyd edək ki, bu gün, martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək.

Siyasi       Tarix: 02 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeberler şou biznes xəbərləri xeberler azerbaycan bu gune olan xeberler