Qarabağdakı sülhməramlılara İrandan ismarıc: "Sizi əyləndirmək biz, fars qardaşların boynuna

Qarabağdakı sülhməramlılara İrandan ismarıc: "Sizi əyləndirmək biz, fars qardaşların boynunaQarabağdakı sülhməramlılara İrandan ismarıc: "Sizi əyləndirmək biz, fars qardaşların boynuna"
Kubra Məhərrəmova yazır...
Bu gün artıq heç kimə sirr deyil ki, Azərbaycan Cənubi Qafqazda yeni tarix yazır. Və bu gün Azərbaycan-Türkiyə gücü regionda yeni reallıq yaradır. Bunu kimsə qəbul edə bilər, kimsə yox. Amma fakt faktlığında qalır. 
Təbii ki, güc balansının dəyişməsi bir çoxlarına sərf etmir. Stabil vəziyyəti təxribata sürükləməklə nəzarətdən çıxarmağa çalışanlar var.
Edənləri də, etdiklərini də çox yaxşı görürük.
Bu gün "dost ölkə"nin daha bir "dostluq" jestinə şahid olduq. Və burada istər-istəməz düşünürsən ki, "nəyə görə?"
Jest isə ondan ibarətdir ki, cənub qonşularımız Ermənistan vasitəsilə Qarabağa "yardım" göndərir. Yük maşınları İran Ermənistan sərhədindən keçib Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə gəlib. Həmin yük avtomobillərində qanunsuz olaraq benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları və tikinti malları daşınır. Bir sözlə hər bir təminat göstərilir.
Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır. 
Belə başa düşürəm ki, Rusiya sülhməramlıları ilə İranın sazişi var. İran söz verib ki, sizi əyləndirmək biz, fars qardaşların boynuna. Narkotikdi, ot-ələfdi, nə lazımdır göndərəcəyik. Amma siz də ermənilər üçün göndərdiyimiz pay-puşu maneəsiz onlara çatdırmağa yardım edin. 
Deməli bir tərəfdən biz İranın Azərbaycan ərazisinə "yardım" göndərdiyini görürük, o biri tərəfdən də Rusiya sülhməramlıların buna göz yummasını. Və yaxşı ki, bunu aydın şəkildə görürük.
Bütün bu baş verənlərdən sonra düşünürəm ki, ermənilər farslardan daha qeyrətlidir, heç olmasa açıq deyir ki, mən sənin düşməninəm. Əlimə imkan düşən kimi səni öldürəcəyəm, evini yandıracağam, qanını da içəcəyəm. Amma İran deyir ki, "Azərbaycan bizə dost, qardaş ölkədir", amma arxadan "Biz Azərbaycanın məhv olması üçün hər şey edəcəyik" mesajını verir. 
Bəlkə də İran bunu yuxusunda görüb, amma bu yuxu heç vaxt çin olmayacaq. Azərbaycan dünyəvi, inkişaf etmiş, demokratik ölkədir. Azərbaycan dünyaya inteqrasiya etmiş ölkədir. Azərbaycan milli ruhu olan, mübariz və güclü ölkədir. 
İranın bu addımı növbəti dəfə onun Azərbaycana qarşı qoyduğu mövqeyi sübut edir. Siyasəti müəyyənləşdirir. Yenə də, rus demişkən, "kakoy privet, takoy i otvet". Özü də bu hamıya aiddir. İstər İrana, istər Rusiyaya, istər bir başqasına. /oxu.az

Siyasi       Tarix: 04 may 2021
f Paylaş

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda oxu.az xeberler qurban bayrami 2026 sonxeberler