Qarabağdan sonra "Bayraktar" Somaliyə gedib çıxdı - FOTO
"Bayraktar TB2" döyüş pilotsuz uçan aparatının 44 günlük Qarabağ müharibəsindəki tətbiqi və Azərbaycan ordusunun qələbəsindəki rolu onlara tələbatı sürətlə artırıb. Xəbər verildiyi kimi, ikinci Qarabağ müharibəsinin ardınca bir sıra keçmiş sovet və Şərqi Avropa ölkələri, hətta Böyük Britaniya Türkiyədən "Bayraktar TB2" sifariş veriblər. Habelə ABŞ və Rusiya da daxil olmaqla bir çox ölkələr Qarabağ müharibəsində pilotsuz uçan aparatların tətbiqi təcrübəsindən çıxış edərək silahlanma və müharibə strategiyalarına yenidən baxmaq üçün müzakirələr aparırlar.
"Bayraktar"lara tələbatın kəskin artması ilə barəbər bu PUA-ların dünyada şöhrəti də yüksəlib. Virtualaz.org xəbər verir ki, Somalidə yük avtomobilinin sürücüsü Najeb Abdi avtomobilin arxasına iri hərflərlə "Bayraktar TB2" sözünü yazıb və PUA-nın rəsmini çəkib. Və avtomobilin fotosunu sosial şəbəkələrdə paylaşıb.
Somalili gəncin paylaşımına "Bayraktar"ları istehsal edən "Baykar" şirkətinin texniki direktoru, Türkiyə döyüş PUA-larının atası hesab edilən Selcuk Bayraktar cavab verib. "Əgər bunu oxuya bilirsənsə, mənə çox yaxınsan",-S.Bayraktar somalili yük maşını sürücüsünə xitabən yazıb.
Çox keçməyib ki, həmin somalili gənc S.Bayraktara türk dilində cavab verib: "Təşəkkür edirik, Selcuk Bayraktar. Sizi özümüzü çox yaxın hiss edirik, sizinlə birlikdə vaxt keçirə bilmək bizə böyük şərəf verər. Türklər və somalililərin sonsuza qədər qardaş olaraq qalması üçün bütün fədakarlıqlara hazırıq, yaşasın qardaşlıq".
Selcuk Bayraktarla somalili yük maşını sürücüsü arasında yazışma sosial şəbəkələrdə geniş marağa və dəstəyə səbəb olub.
Xatırladaq ki, bu günlərdə Selcuk Bayraktar elmi konfranslardan birində "Bayraktar TB2" döyüş pilotsuz aparatlarının Qarabağda Azərbaycanın əldə etdiyi qələbədəki rolu haqda suala cavab verib. Bildirib ki, qələbəni qazanan Azərbaycan əsgəridir, ordusudur, "Bayraktar" isə ancaq texniki vasitədir, texnologiyadır. Və bu texnologiyanın Qarabağın azad edilməsində rol oynaması onu qürurlandırır. (virtualaz.org) /publika.az

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı