"Qarabağ"ın daha bir futbolçusu koronavirusa yoluxdu - FOTO
Qarabağ" Avropa Liqasının qrup mərhələsinin V turunun İsrail "Makkabi"si (Tel-Əviv) ilə oyunu öncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.
Publika.az Klubun rəsmi saytına istinadla xəbər verir ki, Mahir Emrelidən sonra bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynovda koronavirus aşkarlanıb.
Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçisi Elvar Quliyevdə testin nəticəsi pozitiv çıxıb.
Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də malicəsini Lüksemburqda davam etdirir. Xorvatiyada müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünənki testinin nəticəsi mənfi çıxıb və o, Türkiyəyə gələrək komandaya qoşulub.
Milli komandanın heyətindən gəldikdən sonra koronavirus aşkarlanmış Musa Qurbanlının isə son iki testi neqativ çıxıb. Lakin futbolçu məşqlərdən uzaq olduğu üçün "Makkabi" ilə oyunun heyətinə əlavə edilməyib.
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" – "Makkabi" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür