Qarabağın elektrik təchizatı ilə bağlı son vəziyyət: Şuşa yarımstansiyası hazırdır
Qarabağın elektrik təchizatı ilə bağlı son vəziyyət: Şuşa yarımstansiyası hazırdır
"Suqovuşan 1"i və "Suqovuşan 2"ni bir həftəyə Sizin ali diqqətinizə təqdim edəcəyəm, hazırdır, işə salmışıq, test gedir".
Bu sözləri "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev yenidən qurulan "Hövsan" yarımstansiyasının açılış mərasimində Prezident İlham Əliyevə Qarabağda görülən işlərlə bağlı məlumat verərkən deyib.
Onun sözlərinə görə, Füzuli yarımstansiyasının xətti hazırdır, ay yarıma da özü hazır olacaq.
Baba Rzayev Şuşa və Şükürbəyli yarımstansiyalarının hazır olduğunu qeyd edib.
Dövlət başçısının Kəlbəcər rayonunda aparılan işlərlə bağlı sualını Baba Rzayev belə cavablandırıb:
"Orada bir az araşdırmalar gedib, ancaq müəyyənləşdirməmişik. Yol məsələsi, oraya avadanlıqların daşınması bir az çətinlik törədir. Lakin yarımstansiyanın tikintisi gedir".
Prezident İlham Əliyev hava şəraitinin yaxşılaşdığını və yəqin ki, may ayından oraya getməyin asan olacağını bildirib.
Baba Rzayev Kəlbəcərə Daşkəsəndən, Murovdan təxminən 200 dirəkli xəttin çəkiləcəyini, onun artıq 100-nün qoyulduğunu diqqətə çatdırıb. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar