Qarabağ'ın oyununa görə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanacaq
"Qarabağ"ın evdə Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu üçün "Bakı Metropoliteni" QSC-nin iş rejimində ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
azxeber.com xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.
Metropolitenin əvvəlcədən elan edilmiş istirahət günü qrafikinə baxmayaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə Respublika stadionunda keçirilən kütləvi tədbirlər zamanı metropolitenin müvafiq əməliyyat planı əsasında bir sıra tədbirlər görüləcək.
Görüşün keçiriləcəyi idman arenasının yaxınlığında yerləşən "Gənclik" stansiyası oyunun başlanma saatı ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Bu xxüsusda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Həmçinin "Nəriman Nərimanov" və "28 May" stansiyalarında müvafiq ehtiyat tədbirlər nəzərə alınacaq.
Xəttə buraxılmaq üçün nəzərdə tutulmuş ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var