"Qarabağın statusunu gələcək nəsillərə saxlamaq istəyən ölkəylə danışıq aparmaq yersizdir" - Qabil Hüseynli

Bölgədə dəyişən geosiyasi vəziyyət hadisələrin inkişafına ciddi təsir edir. Cənubi Qafqazda möhkəmlənmək istəyən siyasi güclər özlərinin şərtlərini diktə edir və öz maraqları üçün addımlar atırlar. Qərblə Rusiyanın regionda toqquşan maraqları sülh danışıqlarına təsir etsə də, Azərbaycan və Ermənistan arsında aparılan dialoqun intensivləşdirilməsi sülh müqaviləsinin tezliklə bağlanmasına zəmin yaradır.
"ABŞ dövlət Katibinin təşəbbüsü ilə iki ölkə Xarici İşlər Nazirlərinin görüşündə əldə olunan nəticələr sülhə doğru irəlləyiş hesab edilə bilər".
Bunu politoloq Qabil Hüseynli KONKRET.az-a açıqlamasında deyib.
Politoloqun fikrincə, sülh sazişinin bağlanması üçün ilk növbədə Azərbaycan ərazisindəki erməni silahlı qüvvələrinin çıxarılması prosesi başa çatdırılmalıdır:
"Bu proses nə qədər sürətlənsə, sülh müqaviləsi daha tez imzalana bilər. İkincisi isə Ermənistanın Qarabağdakı ermənilərə müdaxiləsini, onları qızışdırmasını da dayandırmaq lazımdır. Bu məsələdə təkcə Ermənistan yox, Rusiya sülhməramlılarının da separatçılara təsiri böyükdür. Onlar separatçıları nəinki qızışdırır, hətta silah verməklə müəyyən fitnəkarlıqlara da meyilləndirir. Bunun da qarşısı alınmalıdır. Kimlərsə regionda əmin-amanlığı, dayanıqlı sülhü istəmir. Ermənistanın bu prosesdə Rusiya ilə əlbir hərəkət etməsi şübhəsizdir. Ona görə də Ermənistan başa düşməlidir ki, Rusiya bölgədə dağıdıcı mövqe tutur və sülhə əngəl törədir. Bu səbəbdən ermənilər Rusiyanın təxribatlarına uymamalıdır".
ABŞ-da Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin görüşünə toxunan politoloq proseslərdə xeyli irəliləyişin olduğunu deyir:
"İki ölkə XİN-nin görüşündə ortaya çıxan yeni sualların hamısına cavab verilib. Düzdür, hələ bəzi fundamental məsələlər qalır. Məsələn, erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, Qarabağa Ermənistanın təsirinin dayandırılması kimi məsələlərə Ermənistanın XİN cavab versə də bu əslində bayağı cavabdır. Bu məsələlər liderlərin görüşündə razılaşdırılmalı və həll edilməlidir. Ona görə də, ABŞ-dakı görüşü lazımlı görüş hesab edirəm.
Amerikadakı görüşlər yeni başa çatıb. Buna adekvat olaraq güman ki, Rusiya yenə hər hansısa görüş təşkil etməyə təşəbbüs göstərəcək. Amma buna müqavimət göstərmək, siyasi iradə ortaya qoymaq lazımdır. Bu bölgədə cərəyan edən hadisələrin rejissoru Rusiyadır. Onunla görüşün nə mənası var? Qarabağın statusunu gələcək nəsillərə saxlamaq istəyən bir ölkəylə danışıq aparmaq yersizdir.
Eyni zamanda Rusiya separatçılara hər cür dəstəyini verir. Son zamanlar da bunu açıq-aşkar həyata keçirirlər. Şübhəsiz ki, son təxribatlarda Rusiyanın böyük rolu var. Rusların istəyinə uyğun olmayan şeylər bölgədə baş vermir. Ermənistandakı revanşist qüvvələrin hamısı Rusiyanın əmrini yerinə yetirir. Keçmiş prezidentlər və "Daşnaksütyun" partiyasının üzvlərinin hamısı rusun dediyi ilə oturub durur və imkan düşən kimi vəziyyəti qarışdırırlar.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 05 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri xeber xeber.az bu gun xeberler az