"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ bəlli oldu - (Foto)
"Qarabağ"ın dünən heyətinə cəlb etdiyi iki yeni transferə ödənilən təzminat məbləği məlum olub.
KONKRET.az xəbər verir ki, bu haqda eksklüziv məlumat qol.az saytına klubdan daxil olub.
Məlum olduğu kimi, Ağdam təmsilçisi nigeriyalı vinger Taofik İsmahil və almaniyalı hücumameylli orta xətt futbolçusu və həm də vinger olan Reda Xadranı heyətinə qatıb. Hər iki futbolçu komandaya hücum xəttini gücləndirmək üçün gətirilib.
Taofik İsmahil Polşanın "Qurnik" (Zabje) klubundan transfer olunub. 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb.
Onun üçün 1,2 milyon avro (2,5 milyon manat) təzminat ödənilib.
Nigeriyalı hücumçu karyerası ərzində Norveçin "Şeyd", "Fredrikstad", "Volorenqa", Fransanın "Loryan", Belçikanın "Beveren" və Polşanın "Lex" klublarında da çıxış edib.
"Qarabağ"ın digər yeni transferi Reda Xadra isə Fransanın "Reyms" klubundan gəlib. 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. Xadra komandada 10 nömrəli forma ilə çıxış edəcək.
Reda Xadra üçün də 1 milyon avro təzminat ödənilib.
Dortmund "Borussiya"sının yetirməsi olan bu futbolçu daha əvvəl "Brayton", "Birminhem", "Şeffild Yunayted", "Blekbern" və "Havr"ın da formasını geyinib. O, Almaniyanın U-18 və U-21 milli komandalarında da çıxış edib.

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı