Qaradağda polisə müqavimət göstərərək hadisə yerindən qaçan şəxs saxlanılıb - VİDEO
Qaradağ rayonu ərazisindəki Lökbatan-Qobu yolunda naməlum şəxs Abşeron rayon sakini olan bir nəfərin 477 manat pulunu soyğunçuluq yolu ilə alaraq hadisə yerindən uzaqlaşıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs, Cəbrayıl rayon sakini Nurlan Quliyev polis əməkdaşları tərəfindən saxlanılan zaman o, tabesizlik göstərərək idarə etdiyi "Vaz 2114" markalı avtomobillə oradan qaçıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qısa zamanda Nurlan Quliyev idarə etdiyi avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib.
O, ifadəsində hadisəni narkotik vasitələrin təsiri altında törətdiyini, ictimai asayişi pozduğuna və yaşadığı ünvanda digər şəxslərə narahatçılıq yaratdığına görə peşman olduğunu bildirib.
Qeyd edilən faktlarla bağlı Qaradağ Rayon Polis İdarəsində Nurlan Quliyev barəsində araşdırmalar davam etdirilir.
Xidmetler [newsid: 0-123300]

İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Meyvə alarkən bu məqama diqqət edin – Sağlamlığınız təhlükədədir
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Naxçıvanda yeniyetmə bıçaqlandı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub