Qaradağın icra başçısı rəqibinə məğlub oldu
Bakının Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Beynəlxalq Boks Assosiasiyasının (AIBA) prezidenti seçilə bilməyib.
Onlayn-formatda keçirilmiş seçkidə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyov qalib gəlib. O, 57,3 faiz səs toplayıb.
Kremlyov yeni vəzifədə ilk işinin AIBA-nın bir neçə milyon dollarlıq borcunu yaxın altı ay ərzində bağlamaqdan ibarət olduğunu bildirib. O, həmçinin qarşıdakı iki il müddətində ali boks qurumunun bərpası və inkişafı üçün 50 milyon ABŞ dolları cəlb etməyi hədəflədiklərini vurğulayıb.
Qeyd edək ki, Umar Kremlyovun 38 yaşı var. O, Rusiya Boks Federasiyasının baş katibi vəzifəsinə 2017-ci ildə seçilib. Kremlyov, həmçinin Avropa Boks Konfederasiyasının I vitse-prezidentidir.(Report) /publika.az

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
85 baş qoyunla birlikdə itkin düşən çoban tapıldı: 14-nü mənimsəyib
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi