Qardaşına xəsarət yetirən qadınla bağlı hökm dəyişdirildi

Qardaşına xəsarət yetirən qadınla bağlı hökm dəyişdirildiAli Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zəminə Vəliyevanın (ad, soyadı şərtidir) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az bildirir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilib, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, həmin hökmlə qadına təyin edilmiş dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası 6 aya endirilib.
İttihama görə, hadisə 18 aprel 2024-cü il tarixdə, saat 15 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.
Belə ki, Zəminə Vəliyeva ailə üzvüləri ilə birlikdə yaşadıqları mənzilin ona aid olan otağından televizoru və anasına aid geyim paltarlarını götürüb mənzilin eyvanına yığıb. Buna görə qardaşı, zərərçəkmiş Kamil Vəliyev (adı, soyadı şərtidir) ona irad bildirib və onların arasında mübahisə başlayıb. Bu zaman qadın hadisə yerindən götürdüyü uc hissəsində mıx olan taxta parçası ilə qardaşına zərbələr vurub. Nəticədə Kamilin sol əlinin V daraq sümüyünün qapalı sınığı və sağ əlin ovuc səthinin əzilmiş yarası kimi həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurub.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Zəminə Vəliyevanın təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti təmin edilib, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin olunub. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi haqqında Səbail Rayon Məhkəməsinin 20 fevral 2025-ci il tarixli hökmü ləğv olunub. O, Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Zəminə Vəliyevanın barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Qeyd: Zəminə Vəliyeva "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Uçuşların İstehsalı İdarəsində Təyyarə Bələdçiləri Xidmətində təyyarə bələdçisi vəzifəsində işləyir.
(pravda.az)

Hadisə       Tarix: 16 yanvar 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik


yeni xeberler son xeberler azerbaycan xeberleri son.xeberler sonxeber ən son xəbərlər xeberler bugun