"Qardaşlıq dastanı" Ankarada anşlaqla qarşılandı - Fotolar
Türkiyə ilə Azərbaycanı birləşdirən daha bir layihənin - "Qardaşlıq dastanı" müziklının Ankarada premyerası baş tutub.
Azxeber.com xəbər verir ki, musiqili tamaşanın təntənəli təqdimatında rəsmi şəxslər, diplomatlar, Ankarada yaşayan azərbaycanlılar, şəhər ictimaiyyətinin tanınmış simaları olmaqla 2 mindən çox insan iştirak edib.
Tamaşanın bədii rəhbəri və prodüseri tanınmış sənətçi Serhat Turakdır. Serhat Turakın sözlərinə görə, müzikl iki ölkənin ortaq tarixini, mədəniyyətini, mübarizəsini özündə əks etdirən qardaşlıq dastanıdır:
"Bu müzikl Türkiyə və Azərbaycanın keçmişdən bu günə qədər ən önəmli tarixi hadisələrini özündə əks etdirir. Məhmət Akif Ərsoydan Əhməd Cavada, Mövlanadan Nizami Gəncəviyə, tarixin ilk türk qadın hökmdarı Tomrisdən Sara xatuna qədər bütün şəxsiyyətlərdən bəhs edilir.
Premyerada hər iki ölkədən 100 nəfərə qədər sənətçi səhnəyə çıxdı. Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə və Avropada da müzikli təqdim etməyi düşünürəm. Rəqs, teatr hesabına iki ölkənin qardaşlığının hansı səviyyədə olduğunu göstərəcəyik.
Demək olar ki, 5 ildir bunun üzərində çalışırdım. Dünyada bənzəri olmayan bir müzikldır. Burada hər şey ən xırda detalına qədər düşünülüb".






Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR