Qarından gələn qurultu səslər – Aclıqdandır, yoxsa xəstəlik?

Qarından gələn qurultu səslər – Aclıqdandır, yoxsa xəstəlik?Qarının dərinliyindən gələn gurultu, qurultu sakit bir ortamda açıq eşidiləcək, hətta vacib bir söhbətdən diqqət yayındıracaq fizioloji bir prosesdir
Qurultu həzm sistemində əmələ gəlmiş qaz və havanın bağırsaq peristaltikası nəticəsində dövr etməsidir.
Qurultu üçün yer, vaxt, aclıq, yemək, az, çox fərqi yoxdur. Onun qarşısını insan ala bilmir.
Çox insan deyir aclıqdan qarın quruldayır. Amma elə insan var, elə yeməkdən sonra qurultu başlayır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, əgər qarından səs nadir halda, az və zəif olarsa, bu aclıqdan ola bilər. Əgər qurultu tez-tez və möhkəmdirsə, deməli, siqnaldır.
İnsanı narahat edən bu anomal gurultunun çarəsini qastroenteroloqla birgə tapmaq lazımdır.
-Yemək yedikdən sonra qurultunun səbəbi: bir neçə saat aclıqdan sonra dərhal çox və ağır yemək qəbul etdikdə, bağırsaqlar yüksək aktivliklə işləyir. Peristaltika sürətləndikcə qazlar da çox dövr edir və qurultu yaranır.
-Bundan başqa, yağlı, ağır yeməyin həzmi üçün bakteriyaların dəstəyi lazımdır, bakteriyalar çoxaldıqca da qazlar çoxalır.
-Yemək zamanı çox hava udmaq. Tələskən yeyənlərdə, ayaqüstü qidalanmada, danışaaq yeyəndə mədəyə çox miqdar hava da daxil olur. Həmçinin əsəbi, stresli insanlar da artıq hava udurlar. Bu zaman hava qarında burulğan yaradır. Saqqız çeynəmək də çox hava udmağa səbəb olur.
-Qazların yaranması: Mədədə qida pepsin fermenti vasitəsilə həll olunur, bu da turş mühitdə baş verir. Qida kütləsi mədədən bağırsağa ötürüləndə artıq turşu neytrallaşmalııdr. Əgər bir insanda turşu sintezi yüksəkdirsə, onu tam neytrallaşdırmaq mümkün deyil. Bu zaman CO2 adlı qaz əmələ gəlir, o bağırsaqlara keçərək, qurultu yaradır.
-Aşağı, yoxsa yuxarı? Əgər qaz mədədə, 12 barmaq bağırsaqda dövr edirsə, o zaman qarında burulğan və qurultu qarının yuxarı hissəsində, döş qəfəsinə yaxın hissələrdə hiss olunacaq. Əgər qurultu, qaz dövrü qarının aşağı hissəsində hiss olunursa, deməli qazlar nazik və düz bağırsaqda daha çox toplanır.
-Bakteriyalar da günahkardır. Bağırsaqlarda yaşayan bakteriyalar da qazların yaranmasında rol oynayır. Hesablamalara görə, 12 barmaq bağırsaqda bir dəfə yemək qəbulundan sonra 4 litr CO2 qazı yığılır. Turşuluq aşağı, zəif olanda bu qaz daha da artır və zərərli mikroorqanizmlər mədədə məhv edilmir. Bu adamlarda bakteriya və göbələklər o qədər çoxalır ki, mikrloflora və balans pozulur.
-Yatanda, yoxsa gəzəndə?
Əgər sizdə gurultu yalnız uzananda, yatanda eşidilirsə, o zaman öd axarı, öd dövranı pozulub, həzm normal getmir.
Əgər həm uzananda, həm ayaq üstdə qurultu varsa, siz tam müayinə olunub, həzm sistemini yoxlatmalısız.
-Hansı qidalar uğultu yaradır?
Ən sağlam insan belə bir oturuma çox miqdarda meyvə və ya şirniyyat qəbul edirsə, normadan artıq qaz yaranacaq və qarında gurultu qaçılmazdır. Çox şəkər və şirniyyat bağırsaq mikroflorasını pozur, maya göbələkləri yaradır ki, bu da bağırsaqlarda çox qaz toplayır.
-Qazlı içki, alkoqol, pivə - artıq qaz yaradır.
Bəs hansı xəstəliklərdən qarın quruldayır:
-Sinir sistemi xəstəlikləri
-Qıcıqlanmış bağırsaq sindromu
-Nevroz, psixi pozuntular
Güclü həyəcan, stress vaxtı mədə şirəsi ifrazı artır, bağırsaq hiperaktiv olur, spazmlar qurultu verir
-Mədə-bağırsaq sisteminin kəskin və xroniki xəstəlikləri-qastrit, xora, pankreatit, xolesistit, hepatit, öd yolları diskineziyası, öd daşı və s.
-Bakteriya və göbələklərin çoxalması
-Qida allergiyası
-Ferment çatışmazlığı
Əgər qarında qurultu aylarla davam edirsə, yanaşı olaraq köp, diareya, ürəkbulanma, qarında sancı varsa terapevt və qastroenteroloqda müayinə olunun.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 03 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler metbuat xeberleri valyuta