"Qarışıq hisslər keçirirəm" - Teymur Rəcəbov
"Konsentrasiyanı sonadək qorumağa çalışdım. Qarışıq hisslər keçirirəm. Qalib gəldiyim üçün çox xoşbəxtəm. Bu yerə çatmaqdan ötrü xeyli enerji sərf etdim".
Publika.az xəbər verir ki, bunu azərbaycanlı şahmatçı Teymur Rəcəbov "Champions Chess Tour" çərçivəsində rapid üzrə onlayn keçirilən "Airthings Masters" turnirindəki qələbəsi barədə danışarkən deyib.
33 yaşlı qrossmeyster finalda məğlub etdiyi Ermənistan təmsilçisi Levon Aronyanın yaxşı təsir bağışladığını bildirib: "Həm ilkin mərhələdə, həm də növbəti raundlarda rəqibin oyununu analiz etmişdim. Həqiqətən çox yaxşı təsir bağışlayırdı. Hər zaman yüksək səviyyəli oyun nümayiş etdirir. Bu dəfə də formasının zirvəsində idi".
Rəcəbov qarşısına turnirin qalibi olmaq məqsədini qoyduğunu vurğulayıb: "Mən peşəkar şahmatçıyam. Məqsədim kimisə məğlub etmək yox, turnirin qalibi olmaq idi. Bunun üçün əlimdən gələni etdim. Dünən qızım mənə mesaj yazıb yaxşı oyuna görə təbrik etdi. Eyni zamanda bugünkü qarşılaşmada uğurlar dilədi. Bu gün rəqib xüsusən ağ fiqurlarla xeyli təzyiq göstərdi. Buna baxmayaraq, sakitliyimi və konsentrasiyamı qoruya bildim. Sonuncu görüşdə nə baş verdiyini bilmirəm. Yeni il üçün əla başlanğıc oldu".
Qeyd edək ki, "Airthings Masters" turnirində final mərhələsi iki günü əhatə edib. Birinci günü 2,5:1,5 hesablı qələbə ilə bitirən Teymur Rəcəbov ikinci gündə də qalib gəlib - 2:1. Beləliklə, Rəcəbov turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub. /Report
Turlar.az [newsid: 0-123300]

Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
ABŞ-ın İrana əsas tələbləri açıqlandı: Razılaşma buna görə baş tutmur
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Azercell media nümayəndələrini təbrik edir
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək
UEFA Konfrans Liqası: "Zirə" "Payde" ilə üz-üzə gələcək
Macarıstan prezident postuna namizəd axtarır - Şahmat ustası imtina etdi
Bakıda "Neftçi"yə 2 qol vuran Vardanyandan açıqlama
Azərbaycan və Moldova sahibkarları arasında B2B görüş keçirildi - FOTOLAR
85 baş qoyunla birlikdə itkin düşən çoban tapıldı: 14-nü mənimsəyib
İran 7 ölkəyə hücumla bağlı xəbərdarlıq etdi
"Dövlət şirkətlərində maaşlar baş nazirin maaşından yüksək ola bilməz" — Macar
Gəncədə iki bacını avtomobil vurdu
Neft bahalaşdı: Brent 96 dolları keçdi