Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkənlərin üçdəbirindən azı...
Qastroezofageal reflüks xəstəliyi mədə və ya duodenal möhtəviyyatın qida borusuna təkrarlanan atılması nəticəsində qida borusunun distal şöbəsinin selikli qişasının iltihabi dəyişiklikləri və ya səciyyəvi klinik simptomlarla xarakterizə olunan xəstəlikdir. Xəstəliyin həqiqi yayılması statistik göstəricilərdən çox böyükdür. Belə ki, qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkənlərin üçdəbirindən azı həkimə müraciət edir. Xəstəliyin simptomlarına kişi və qadınlar arasında təxminən eyni tezlikdə rast gəlinir.
Milli.Az bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Avtandil Verdiyev AZƏRTAC-a müsahibəsində məlumat verib.
"Hazırda qastroezofageal reflüks xəstəliyinin iki formas
ı ayırd edilir: qastroezofageal reflüksün 60-65 faizini təşkil edən qeyri-eroziv reflüks xəstəliyi və 30-35 faiz hallarda rast gəlinən reflüks-ezofagit xəstəliyi... Normal halda qida borusu selikli qişasının zədələnməsinin qarşısını almaq üçün bir sıra müdafiə mexanizmləri fəaliyyət göstərir. Qastroezofageal birləşmənin və qida borusunun aşağı sfinkterinin antireflüks baryer funksiyası, qida borusunun selikli qişasının rezistentliyi, ezofageal təmizləmə, yəni klirens həmin müdafiə mexanizmlərinə aiddir. Sadalanan mexanizmlərin pozulması qastroezofageal reflüks xəstəliyinin yaranmasına səbəb olur. Kofe, çay kimi tərkibində kofein olan bəzi məhsulların, nanə cövhərinin, bəzi dərman preparatlarının qəbulu, azan sinirin zədələnməsi, siqaretçəkmə, alkoqol qəbulu xəstəliyin əmələ gəlməsinə şərait yaradan amillərdir", - deyə A.Verdiyev qeyd edib.
Mütəxəssisin sözlərinə görə, xəstəlik kliniki olaraq ezofageal və ezofaqusdan kənar simptomlarla təzahür edir. Ezofageal simptomlara qıcqırma, gəyirmə, qaytarma, disfagiya, odinofagiya, epiqastral nahiyədə və döş sümüyü arxasında ağrılar, qusma, döş sümüyü arxasında "tikə qalması" hissi aiddir. Ezofaqusdan kənar əlamətlərə ağciyər, otorinolorinqoloji, stomatoloji, anemik, kardial sindromlar daxildir.
Həkim-terapevt bildirib ki, xəstəlik vaxtında diaqnozlaşdırılmadıqda və düzgün müalicə olunmadıqda qida borusu strikturasına, qida borusu xorasına, eroziya və xoralardan qanaxmaya, Barret qida borusunun formalaşmasına gətirib çıxarır: "Müalicə əksər hallarda ambulator şəraitdə aparılır. Xəstəliyin müalicəsi ümumi tədbirlərdən və dərman terapiyasından ibarətdir. Dərman qismində prokinetiklərdən, antisekretor vasitələrdən və antasidlərdən istifadə olunur.
Qastroezofageal reflüks xəstəliyi xroniki xəstəlikdir. 80 faiz hallarda residivlər baş verir. Ona görə də əksər pasiyentlərdə uzunmüddətli dərman müalicəsinə ehtiyac duyulur".
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ