"Qaza görə rublla ödəniş ETMƏYƏCƏYİK" - Bu ölkələr Rusiyanın şərtini RƏDD ETDİ
G7 ölkələri Rusiyanın qaza görə, rublla ödəniş şərtini rədd edib.
KONKRET.az "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib.
Artıq Rusiya tərəfi də məsələ ilə bağlı açıqlama verib. Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini İvan Abramov qeyd edib ki, G7-nin qazın pulunu rublla ödəməkdən imtina etməsi tədarükün dayandırılmasına səbəb olacaq.
Qeyd edək ki, G7 ölkələri Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiyadır.
Xatırladaq ki, martın 23-ü Prezident Vladimir Putin hökumətlə görüşündə Rusiyanın təbii qaz tədarükü üçün ödənişləri dollar və avro da daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edəcəyini və rublla ödənişlərə keçəcəyini bildirib.
Vəsilə İbrahim,
KONKRET.az

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
"Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb
Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi
Putin narahatdır, Gerasimov prezidenti aldadır
Bakıda qadın evinin həyətində ölü tapıldı
"Qurani-Kərim"lə bağlı dediyi sözlərə görə haqqında araşdırma başlandı
Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü - Foto
"İsrailin yerinə olsaydım, Ermənistandan soruşardım ki..."
İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi
Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB
Elşad Qarayevin vəsiyyəti nədir?
Demet Akalın vəsiyyətini açıqladı
Pirşağıda dənizdə batan qadın müəllim imiş