Qazax sakini: İlham Əliyev dediyi kimi də etdi

Qazax sakini: İlham Əliyev dediyi kimi də etdiPrezident İlham Əliyev hər zaman çıxışlarında "nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" deyirdi. Dövlətimizin başçısı dediyi kimi də etdi!
Bu sözləri "Report"un Qərb bürosuna açıqlamasında Qazax rayon sakini Eldar İsayev deyib.
O, gənclik illərində komsomol katibi işlədiyini bildirib: "O vaxt işlədiyim sovxoz 6 kəndi əhatə edirdi. Gənclik illərim hazırda ölkəmizə qaytarılan Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərində keçib. Ürəyim həmin kəndlərlə döyünürdü, fikirləşirdim ki, yenidən o yerlərə qayıda biləcəyəm? Şükür ki, bu istəyim də reallaşdı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bir güllə atılmadan və şəhid verilmədən yenidən həmin kəndlərə qayıdırıq".
Qazax sakini ölkə başçısının hər zaman sözünə sadiq olduğunu, verdiyi bütün vədləri yerinə yetirdiyini söyləyib.
"Vətən müharibəsindəki qələbə, suverenliyimizin tam bərpa edilməsindən sonra 4 kəndimizin qaytarılması xəbərini eşitmək hər birimizdə qürur hissi yaradır. Azərbaycana yaşatdığı tarixi qələbələrə, nailiyyətlərə görə dövlət başçısına təşəkkür edirəm", - sakin deyib.
E. İsayev təəssüflə qeyd edib ki, atası və qardaşı bu günləri görə bilməyiblər:
"Bizim həmin kəndlərdə qayğılı və faciəli günlərimiz çox olub. Hətta orada qohumlarımın da məzarları vardı. Hər zaman arzu edirdik ki, onların məzarını ziyarət edə bilək. Həmin kəndlər Qazaxın ən səfalı təbiəti , bulaqları və meşəsi bol olan yerləridir".
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Sosial       Tarix: 20 aprel 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler xəbərlər.com cəbhədən son görüntülər xəbər az