Qazaxıstan Fələstin-İsrail münaqişəsində tərəfləri sülh həllini axtarmağa çağırıb
Qazaxıstan Fələstin-İsrail münaqişəsinin tərəflərini vəziyyəti sülh yolu ilə həll etməyə çağırır.
azxeber.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarovun şərhində deyilib.
"Qazaxıstan Fələstin-İsrail münaqişəsinin çoxlu sayda mülki insan tələfatı ilə sonuclanan ciddi gərginləşməsindən dərin narahatlığını bildirir. Biz tərəfləri vəziyyəti sülh yolu ilə həll etmək üçün siyasi alətlər axtarmağa və təkcə iki dövlət arasında deyil, bütövlükdə Yaxın Şərqdəki vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq", - o qeyd edib.
Smadiyarov bildirib ki, Qazaxıstanın Təl-Əvivdəki səfirliyi İsraildəki həmvətənləri ilə daimi əlaqə saxlayır. "Səfirlikdə "qaynar xətt" yaradılıb, Qazaxıstan Respublikası vətəndaşlarının vətənlərinə qayıtmalarına köməklik göstərilməsi üçün onların siyahısı tərtib edilir", - XİN-in rəsmi nümayəndəsi vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ