Qazaxıstan ikili vətəndaşlığı gizlətməyə görə cəzanı SƏRTLƏŞDİRİR

Qazaxıstan ikili vətəndaşlığı gizlətməyə görə cəzanı SƏRTLƏŞDİRİRQazaxıstanın hüquq-mühafizə orqanları ikili vətəndaşlığı qəsdən gizlətməyə görə cəzanı artırmaq üçün qanunvericiliyə dəyişiklik etmək niyyətindədir.
KONKRET.azTASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyindən bildirilib.
"İkili vətəndaşlığın qəsdən gizlədilməsinə görə məsuliyyətin sərtləşdirilməsi ilə bağlı qanunvericilik aktlarına dəyişikliklərin edilməsi nəzərdə tutulur. Başqa ölkə vətəndaşlığını qəbul edən şəxslər 30 gün ərzində Qazaxıstanın konsulluq idarəsinə müraciət etməlidir", – məlumatda deyilir.
Daxili İşlər Nazirliyi qaydaları konkret olaraq necə sərtləşdirməyi planlaşdırdıqlarını açıqlamayıb.
"Ötən il ikili vətəndaşlığa görə 841 nəfər inzibati məsuliyyətə cəlb edilib, onlardan 138-i məhkəmənin qərarı ilə ölkədən çıxarılıb, qalanları cərimələnib. Son beş ildə vətəndaşlıq haqqında qanunun tələblərini pozduğuna görə 3,5 min nəfər cinayət məsuliyyətinə cəlb edilib, onlardan 3 mindən çoxu cərimələnib, 473 nəfəri isə ölkədən çıxarılıb", – mətbuat xidmətindən bildirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ötən il 22 mindən çox insan Qazaxıstan vətəndaşlığını qəbul edib.
Qeyd edək ki, Qazaxıstan ikili vətəndaşlığı tanımır. Qazaxıstan pasportundan və ya şəxsiyyət vəsiqəsindən ölkə vətəndaşlığını itirmiş şəxs tərəfindən istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. İkili vətəndaşlıq faktını gizlətməyə görə cərimə və ya respublikadan qovulma nəzərdə tutulur.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 21 fevral 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar az son xeberler azerbaycan son.xabar xeber saytlari