Qazaxıstan, Özbəkistan və Qırğızıstanda qəza səbəbindən elektrik kəsildi
Qazaxıstan, Özbəkistan və Qırğızıstanda işıqlar sönüb.
KONKRET.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda kütləvi elektrik kəsilməsi Mərkəzi Asiyanın bir-birinə bağlı enerji sistemində baş vermiş qəza ilə əlaqədar olduğu iddia edilir.
Qazaxıstanın "Samruk-Enerji" şirkəti Alma-Atanı enerji sisteminin şimal və cənub hissələri ilə birləşdirən yüksək gərginlikli elektrik xətlərinin fövqəladə dayandırıldığını bildirib.
Daşkənd rəsmiləri svetoforun işləməməsi səbəbindən sakinləri şəxsi avtomobillərdən çox zərurət olmadıqca istifadə etməməyə çağırıb.
Özbəkistanın Energetika Nazirliyi bildirib ki, Mərkəzi Asiyada elektrik enerjisinin kəsilməsi Qazaxıstanda baş vermiş qəza ilə əlaqədardır.
Qazaxıstanda Almatı, Çimkənd, Taras, Türküstan bölgəsi və ona bitişik ərazilərdə işlərin dayandırılması müşahidə olunur.
Qırğızıstanda Bişkek, Oş və digər şəhərlərdə işıqlar yanmır.
Özbəkistanda Fərqanə və Daşkənd vilayətlərində, Fərqanə vadisində, Sırdərya, Cizzəx, Səmərqənd, Nəvai, Kaşkədərya vilayətlərində işıqlar kəsilib.
Özbəkistanın Əmirsoy dağ-xizək kurortunda kanat yolunda hərəkət dayanıb.
Son məlumata görə, Qazaxıstan artıq problemin həllinə çalışır.
Xuraman Etibarlı,
KONKRET.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar