Qazaxıstan prezidenti parlament seçkilərində səs verdi - YENİLƏNDİ
Qazaxıstan Respublikasının prezidenti Kasım-Jomart Tokayev ölkədə parlamentin aşağı palatasına keçirilən seçkilərdə səs verib.
Dövlət başçısı Məktəblilər Sarayında yerləşən 58 saylı seçki məntəqəsində səs verib. Səsvermədən sonra Tokayev bildirib ki, seçkilər ölkə demokratiyasının inkişafında addım olmalıdır.
Həmçinin Qazaxıstan Respublikasının birinci prezidenti – Elbası Nursultan Nazarbayev də səs verib.
Qeyd edək ki, bu gün Qazaxıstanda parlamentin aşağı palatasına seçkilər keçirilir. Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış 6 siyasi partiyadan, "Qazaxıstan Xalq Partiyası", "Nur Otan", "Auıl" Xalq Demokratik partiyası, "Ak Jol" Demokratik partiyası və "Adal" siyasi partiyasının iştirak etdiyi və ümumilikdə 312 millət vəkilinin yarışdığı seçkilərdə təxminən 11 milyondan çox seçici səs verəcək.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının açıqlamasına görə, 30 ölkədən və 10 beynəlxalq təşkilatdan olan 398 müşahidəçi seçkilər izləyir.
Qeyd edək ki, Milli Məclisin deputatları Arzu Nağıyev Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının və İcraiyyə komitəsinin, Naqif Həmzəyev isə TÜRKPA-nın xətti ilə seçkiləri izləyirlər. (report)
xxx
Qazaxıstanda parlament seçkiləri başlayıb.
Publika.az xəbər verir ki. 10 dekabr 2020-ci il saat 18:00-da seçkilərə qatılan partiyaların seçkiqabağı təşviqatı başlayıb.
Bu il seçkilərdə ölkədə qeydiyyatdan keçmiş beş partiya iştirak edəcək.
Bütün partiyalar Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınıb.

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı