Qazaxıstanda balıqlar vasitəsilə xəstəlik yayıldı - DİQQƏTLİ OLUN
Qazaxıstanda ilin əvvəlindən 113 opistorxoz hadisəsi qeydə alınıb. Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 26% artım var.
KONKRET.azxəbər verir ki, bu barədə Qərbi Qazaxıstan vilayətinin Sanitariya və Epidemioloji Nəzarət Departamenti bildirib.
Opistorxoz balıq vasitəsilə keçən parazitar xəstəlikdir. Xəstəliyin artmasının mümkün səbəbi kimi balıqların naməlum satış yerlərində şəxsi gigiyena qaydalarına əməl edilməməsidir.
Opistorxozun əsas simptomları bunlardır:
üz və bədəndə qaşıntı;
dörd həftəyə qədər davam edən bədən istiliyinin 37-38 dərəcəyə qədər artması;
iki həftəyə qədər davam edən baş ağrıları;
yuxu pozğunluğu, zəiflik, tərləmə və iştahsızlıq;
sağ tərəfdə və ya çiyində, əzələlərdə ağrı;
allergik reaksiyalar.
Xəstəlik tam müalicə olunmazsa, qaraciyər absesi, öd iltihabı və ürək xəstəliklərinə səbəb ola bilər.
Əsas mənbə çaylarda yaşayan sazan ailəsinin balıqlarıdır.
Sanitar həkimlər tövsiyə edir:
sazan ailəsinin çiy, kifayət qədər duzlu, zəif qurudulmuş balıqlarını yeməyin;
çiy balıqları kəsərkən və ya kəsdikdən sonra şəxsi gigiyena qaydalarına ciddi riayət edin;
balıqları ən azı 20 dəqiqə qızardın.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı