Qazaxıstanda dizel yanacağının satışına məhdudiyyət qoyuldu
Qazaxıstanın Almatı şəhərində dizel yanacağının satışına məhdudiyyət tətbiq edilib.
KONKRET.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, martın 15-dən Çimkənd neft emalı zavodu əsaslı təmirə bağlanıb. Bununla əlaqədar Almatıya dizel yanacağının tədarükü dayandırılıb.
Şəhər administrasiyasının məlumatına görə, son vaxtlar Almatı vilayətinin sakinləri, eləcə də tranzit nəqliyyat vasitələrinin sahibləri tərəfindən şəhərdə dizel yanacağına tələbat yaranıb.
Qeyd olunub ki, istehlak bir anda 30-35% artıb. Bu, ayrı-ayrı yanacaqdoldurma məntəqələrinə çatdırılmada fasilələrə səbəb olub.
Məlumata görə, Çimkənd neft emalı zavodunda istehsalın bərpasından sonra vəziyyət sabitləşəcək.
Bildirilib ki, Almatıda fəaliyyət göstərən 213 yanacaqdoldurma məntəqəsi var ki, onlardan 176-sı və ya 82%-i 6 iri şəbəkəyə aiddir.
Energetika Nazirliyinin məlumatına görə, şəhərin iri yanacaqdoldurma məntəqələri və neft bazalarında 8,8 min tona yaxın dizel yanacağı var və 4-5 gün ərzində 4,7 min tona yaxın yanacağının çatdırılması gözlənilir.
Qeyd olunub ki, bu tədbir ölkədə yanacaq qıtlığının qarşısını almaq üçün tətbiq edilir.
İqbal Rzayev,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi