Qazaxıstanda 'Heydər Əliyev və gənclər siyasəti' mövzusunda beynəlxalq konfrans keçirildi - FOTOLAR
Qazaxıstanın Almatı şəhərində"Heydər Əliyev və gənclər siyasəti" mövzusunda beynəlxalq konfrans keçirilib.
azxeber.com xəbər verir ki, konfrans Azərbaycanın Qazaxıstan Səfirliyinin Almatı şəhərindəki nümayəndəliyi, Azərbaycan GənclərFondunun dəstəyi və Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimaiBirliyinin təşkilatçılığı ilə baş tutub.
Qazaxıstan Milli Kitabxanasında baş tutan tədbirdə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən fotosərgi təşkil edilib.
Daha sonra konfrans Azərbaycan vəQazaxıstanın dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə Ulu ÖndərHeydər Əliyevin Azərbaycan Qazaxıstan münasibətlərindən bəhs edən film nümayişetdirilib.
Konfransda Qazaxıstanın böyük mütəfəkkiriOljas Süleymenovun videomüraciəti səslənib.
Konfransı giriş sözü ilə açan AzərbaycanınQazaxıstandakı Səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Anar Hüseynzadəbildirib ki, Azərbaycan - Qazaxıstan dostluğu və qardaşlığı tarixi köklərədayanır. O ulu öndər Heydər Əliyevin də bu münasibətlərin inkişafında əvəzsizrolu barədə geniş məlumat verib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatıNaqif Həmzəyev də öz növbəsində deyib ki, Azərbaycanla Qazaxıstan münasibətləribu gün ən yüksək səviyyədədir: "Azərbaycanla Qazaxıstan dost və qardaş ölkədir,hər zaman beynəlxalq arenada bir-birimizi dəstəkləyib. Bu münasibətlərinqurulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Əminliklə deyə bilərəmki, bu gün də Cənab Prezident İlham Əliyev bu münasibətləri uğurla davametdirir".
Tədbirdə çıxış edən Gəncliyin Sosialİqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov deyibki, Azərbaycanla Qazaxıstan arasında əlaqələr ən yüksək səviyyədədir və gənclərdə bu münasibətlərin inkişafında müstəsna rol oynayırlar.
Daha sonra çıxış edən Mətbuat Şurasınınİdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, Azərbaycanda Ulu Öndər HeydərƏliyev tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün də Azərbaycanda uğurladavam etdirilir və Azərbaycan gəncləri də beynəlxalq arenada ölkəmizi layiqincətəmsil edir.
Konfransda daha sonra diaspor fəalları,Qazaxıstandan olan professorlar, gənclər çıxış edib.
100-dən çox qonağın iştirak etdiyikonfransın sonunda xatirə şəkli çəkilib.
















Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR