Qazaxıstanın beyin mərkəzlərində ermənilər mühüm vəzifələr tutub - AÇIQLAMA
44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Müharibə dövründə Azərbaycanın haqq savaşına dəstək olan dövlətlərin sayı çox idi. Lakin təəssüf ki, döyüşlərin ən qızğın vaxtında belə işğalçı Ermənistana hər cür maddi və mənəvi dəstək göstərənlərin də sayı az deyildi. Bu günlərdə "Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çıxış edərkən Prezident İlham Əliyev bu məsələyə bir daha qayıdaraq mühüm faktlara diqqət çəkib. Dövlət başçısı bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarından istifadə edərək onları da münaqişəyə çəkməyə çalışıb. Prezident qeyd edib ki, müharibə dövründə Rusiyadan silah yüklü təyyarələri Ermənistana buraxmamaları üçün Qazaxıstana, Türkmənistana, İrana məktub göndərdik, lakin təəssüf ki, həmin təyyarələr Ermənistana sözügedən ölkələr üzərindən uçub.
Maraqlıdır, özümüzə dost və qardaş saydığımız Qazaxıstan Ermənistana niyə dəstək göstərib? Bu faktın arxasında hansı məqamlar dayanır?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını politoloq Əziz Əlibəyli cavablandırıb. O bildirib ki, Ermənistan və Qazaxıstan münasibətləri KTMT çərçivəsindədir:
"Erməni biznesmenlərinin Qazaxıstanda böyük layihələri var. O cümlədən, dövlətin kritik nöqtələrində ermənilərin yerləşməsini də qeyd etmək yerinə düşər. Bu, təkcə Qazaxıstana aid deyil. Türkmənistanda səfərdə olan zaman biz gördük ki, kəşfiyyat idarələrində və digər beyin mərkəzlərində ermənilər müxtəlif önəmli vəzifə sahibləridir. Onların iqtisadiyyatda da ciddi rolu var".
Politoloq bildirib ki, Qazaxıtsanın müharibə dövründə Ermənistana göstərdiyi dəstək erməni lobbisinin köməyi sayəsində olub:
"Lakin nəzərə almaq lazımdır ki, KTMT Azərbaycana qarşı vahid mövqedə deyil. Müharibədən dərhal sonra Nursultan Nazarbayev Azərbaycanı qələbə münasibətilə təbrik etdi. Bu günlərdə Qazaxıstan KİV nümayəndələrini Qarabağa səfəri bir daha onu göstərdi ki, Qazaxıstanla Azərbaycan arasında ikili münasibətlər var. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü qəbul edib və dəstəkləyir. Lakin erməni lobbisinin bu münasibətlərə təsiri inkaredilməzdir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi