Qazın qiymətinin rekord həddə bahalaşması Avropaya nəyin bahasına başa gələcək? - ÖZƏL

Qazın qiymətinin rekord həddə bahalaşması Avropaya nəyin bahasına başa gələcək? - ÖZƏLXəbər verdiyimiz kimi, Avropa birjasında qazın qiyməti tarixi rekordunu yeniləyərək 1000 kubmetr üçün 3600 ABŞ dollarını ötüb. Ümumilikdə, qazın qiyməti ticarət başlayandan bəri 67%-dən çox artıb. Bəs görəsən, müharibə bir qədər də davam etsə, Avropa bu ağır iqtisadi nəticələri qarşılaya biləcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Əhliman Abbasov bildirib ki, Rusiyaya tətbiq edilən ağır sanksiyaların fonunda qazın qiymətinin artması təbii haldır:
"Qazın qiymətinin artmasının başlıca səbəbi müharibənin yaratdığı qeyri-stabillikdir. Müharibənin uzanması qiymət artımlarının davam etməsi deməkdir. ABŞ və Qərb bloku Rusiyanın qaz ixracına sanksiyalar müəyyənləşdirilməsini istəyir. Bu məsələ gündəmdədir. Bazarlar təbii ki, bu siqnallara reaksiya verir. Hətta Rusiyadan Qərb bazarlarına qaz ixracı tam məhdudlaşdırıla bilər. Bu, qiymətləri daha da pik həddə çatdıracaq. Müharibənin davam etməsi və sanksiyaların daha da sərtləşdirilməsi qazla yanaşı digər enerji daşıyıcılarının qiymətini də yüksəldəcək".
Qazın qiymətinin rekord həddə bahalaşması Avropaya nəyin bahasına başa gələcək? - ÖZƏLİqtisadçı qeyd edib ki, sanksiyaların Qərb ölkələri üçün də bəlli iqtisadi xərcləri var:
"Enerji daşıyıcıları qazın qiymətini artırır. Bu amil əhalinin rifahına da təsir edir. Sanksiyaları tətbiq edən dünya liderləri bunu gizlətmir. Qərb cəmiyyəti hələlik bu sanksiyalara haqq qazandırır və dəstək verir. Qərbdə sanksiyaların daha da sərtləşdirilməsini dəstəkləyənlər çoxdur. Hesab edirəm ki, bu barədə qərarlar verilərkən hesablamalar aparılır və alternativlərə baxılır. Alternativ enerji mənbələrinə keçidin sürətlənməsi haqqında fikirlər var. Təbii ki, belə ağır sanksiyalar tətbiq edilməzdən əvvəl onun nəticələri də nəzərə alınır. Gözləntilərə əsasən, bu təsirlər Rusiyanın Ukraynaya təcavüzünün qarşısını ala biləcək. Lakin nəticələrin necə olacağını zaman göstərcək".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 07 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber saytlari sonxeber bugünkü son xəbərlər son xeber 2026