Qazın yeni qiyməti və qaz adamlar… - Kimlər etiraz edir?

Qazın yeni qiyməti və qaz adamlar… - Kimlər etiraz edir?Allaha and olsun, qazın və işığın yeni qiymətinin daha çox təsir elədiyi qara camaat dünən restoranlarda kef edirdi, ayaqlarını yemək menyusunun dalından soxub qabağından çıxarırdılar.
Hünərin varsa, get onların yanında hökuməti tənqid elə, hansısa məmuru söy! Ya sənə "işverən" kimi baxacaqlar, ya da qarnını qabağa verib "qağa, elə demə, Allaha şükür" deyib ən axırıncı adam kimi sənin bütün nəslini ürəyində həmin restoranın həyətinə düzəcək. 1 qəpik nədir, a kişi?!
Dənizqırağı restoranlar, bahalı banketlər ağzına kimi dolub, hamısı da imkansızların yeyib-içmək məclisləri… Tarqovıda yerləşən bahalı restoranlar Yardımlının Peştəsər, Gədəbəyin Dırnıx, Şəkinin Düzdırıxlı, Tovuzun Mamalı kəndinin inək saxlayıb övlad böyüdən kişilərinin qızları-oğlanları ilə ağzına qədər dolub-daşır.. Balası Bakıda təhsil alsın deyə, 60 qəpiklik siqaret çəkən valideyn nə bilsin axı, övlad 20 manatlıq çay sifariş verib rəfiqləri-rəfiqələri ilə Tarqovıda ali dəyərlərdən danışır…
Kimsə sosial şəbəkələrdə (hələ real həyatda demir ha) xalqın etirazını gördümü? Görmədi!
Bəs etiraz edən kimlər oldu? Jurnalistlər! Bu haqda azacıq aşağıda…
- Masazırı Bakının paytaxtı bilənlərin,
- Evdə anasını döyüb restoranda 100 qram vurandan sonra "ana" muğamatı sifariş verib ağlayanların,
- Metroya 20 yanvardan girib Həzi Aslanovdan çıxanların,
- Kənddəki sevgilisinə pivə bakalı ilə şəkil çəkdirib göndərənlərin,
- Özünə türk seriallarındakı kimi şirkətli, oliqarx oğlan axtaranların qazın və işığın yeni qiymətinə etiraz etdiyini gördünüzmü? Xeyr!
Bəs belələrinin sayı nə qədərdir? Milyonlarla! O zaman ölkə əhalisi nə qədərdir? Cəmi 10 milyon! Əziz "etirazçı"lar, sifarişli tənqidbazlar! Gedin, aşığınızı atın da!
Bəs kimdir sosial şəbəkələrdə qazın, işığın qiymətinə etiraz edənlər?
Dünən etirazçı edən jurnalistlərdən birinə zəng etdim. Bu jurnalist axırıncı dəfə Birinci Qarabağ Müharibəsi qazisinin qaz problemini 200 manat alıb işıqlandırmışdı, özünü də efirə (yutub kanala) çıxarmışdı. Bu yeni növ vətəndaş-jurnalistə zəng edib qazın və işığın yeni qiymətində nə dəyişiklik baş verdiyini soruşdum. İzah edə bilmədi. NA!!! Bu adam Facebookda nəyə etiraz edirdi, bax onu anlamadım.
1 qəpiyin davası gedir!
- İşğal altında qalan torpaqlarını 30 il sonra azad edən xalqdan 1 qəpik bahalaşmaya (?) görə inqilab gözləyənlərin boyuna qəmiş ölçüm!
- Əsgərliyə getməmək üçün "neqodnı" hərbi bilet alan, daha sonra toyda "zakazı"nı kəsdiyinə görə kimisə bıçaqlayan, 250 manat maaşla 550 manatlıq kredit ödəyən gədələrin 1 qəpik bahalaşmaya (?) görə çevriliş edəcəyinə güvənənlərin də ruhuna salavat verirəm.
Sən cavan bir qızın yanında "hökumət qazı, işığı bahalaşdırdı" deyə bilərsənmi? Əsla! Öz bakirə qadınlığının ən nifrin ehtirasları ilə sənin bütün kişiliyini pressləyib təhqir edəcək. 
Qısaca, izah edim, sonra qayıdaq, etirazçıların 1 qəpiklik etiraz ruhuna!
- İllik işlədilən 1200 -2500 kubmetr qaza görə 20 qəpikdirsə, ondan yuxarı işlədilən qazın hər kubmetrinə görə 25 qəpik olacaq. 2500 kubmetrdən çox qaz işlədən əsasən villası və iri bağ sahibi olanlardır. Nədir, villası, bağ evləri olanların dərdini çəkirsiniz?
- Bina evlərində hökumət tərəfindən istiliklə təmin olunanlar qazın pulunu az verəcəklər. Çünki qazanxanalara verilən qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirildi. Qazanxanaın isə nə olduğunu bilməyənlər elə bilir ki, evdə yemək bişirilən qazandan söhbət gedir.
- Qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirildi. Etirazçılar bu 7 qəpiyə görə niyə sevinib hökuməti alqışlamırlar?
- İçinizdə 2500 kubmetrdən çox qaz işlədən neçə nəfər var? Mağazaya düşəndə "çox yazar" deyə şotçiki dibindən bağlayanların bu mərəzi adamı öldürür də!
Qazın və işığın yeni tarifinə etiraz edənlərin səs-küyü bilirsiniz nəyə bənzəyir?
"Bir gün Günəş bütün kainatla, təbiətlə və Yer kürəsi ilə vidalaşır. Deyir ki, mən gedirəm, bir də nə vaxt gələcəyimi bilmirəm. Bu zaman bir balaca şam ortaya atılır və Günəşə deyir: - Sən get, Günəş qardaş, narahat olma, sən gələnə qədər mən əlimdən gələni əsirgəməyəcəm…". (hind pritçası).
Sağ olun, cənablar! Çalışın, hökuməti tənqid edəndən sonra dostlarınıza da zəng edib qürurlanın! Postlarınızı, şərhlərinizi göndərin ki, onlar da sizin necə etiraz ruhlu olduğunuzu görsünlər…
Samir Feyruz

Sosial     Baxılıb: 865   Tarix: 01 iyul 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bankların adından kiberdələduzluq edən şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib. Nəticəd

Bu həftə iş saatı qısaldılacaq

Azərbaycanın istehsalat təqviminə əsasən cari ilin may ayında iş saatlarında iki dəfə dəyişiklik ediləcək. İş vaxtının azaldılması Əmək Məcəlləsinin müvafiq tələbləri ilə tənzimlənir.  xəbər verir ki, ölkədə fəaliyyət göstərə

Bakının iki peşə məktəbində vərəmə yoluxma — RƏSMİ AÇIQLAMA

Bakı şəhərində fəaliyyət göstərən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində vərəm xəstəliyinə yoluxma halları ilə bağlı iddialar yayılıb. Bizim.Media-nın əldə etdiyi məlumata görə, sözügedən təhsil müəssisəsind

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsanlarən hansı yaşda ən xoşbəxt və həyatdan razı olduğu açıqlanıb. -a istinadən xəbər verir ki, 47 yaşında insanlar özlərini ən xoşbəxt və ən sağlam hiss edirlər. Mütəxəssislər bunu sağlamlığa, özünəinam və yeni həyat prioritetlərin

Airblue' aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır

Pakistanın "Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır. Bu barədə -a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Aeroportu Bakı–Laho

İqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflər var

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çex Respublikasının Baş naziri Andrey Babiş aprelin 27-də Qəbələdə mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti İlham Əliyev çıxışı zamanı cənab Baş nazirlə birlikd

Məhsulların rayonlardan ucuz alınıb, Bakıda baha satılmasına səbəb nədir?

Rayonlarda kəndli və fermerlərin məhsullarını ucuz qiymətə satmasına baxmayaraq, paytaxt Bakıda eyni məhsulların daha yüksək qiymətə təklif olunması bazarda qiymət fərqinin yaranmasına səbəb olur. Bu fərq əsasən daşınma xərcləri

Məsafə qısa, qiymət baha — Sərnişinləri narahat edən məqama aydınlıq gəldi

Azərbaycanda onlayn sifariş və taksi xidmətlərindən istifadə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin vətəndaşlar xüsusilə pik saatlarda, yağışlı havalarda və ya məsafə qısa olsa belə qiymətlərin tez-tez dəyişməsində

Sabah hava necə olacaq? - Proqnoz

Azərbaycanda mayın 1-də havanın 25 dərəcə isti olacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler bu gun sonxəbərlər kriminal xeberler cəbhədən ən son xəbər