Qaziyəm deyib kreditə aldığı maşını əzdi, çəkib "Tik-Tok"a qoydu: Gerçək üzə çıxdı - VİDEO
Yanvarın 14-də "Tik-Tok" sosial şəbəkəsində "Qazini təhqir etdilər, bu da sonu" başlığı ilə bir nəfərin "Khazar" markalı avtomobilin şüşələrini sındırmasını əks etdirən görüntülər yayılıb.
KONKRET.az xəbər verir ki, faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, həmin şəxs Bakı şəhər sakini, 35 yaşlı Anar Məmmədovdur. O, şüşələrini sındırdığı avtomobili "Azərmaş" ASC-dən lizinq müqaviləsi əsasında almasına baxmayaraq son 7 ay ərzində ödəniş etmədiyi üçün etibarnaməsi ləğv edilib və yanvarın 11-də yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib.
"Azərmaş" ASC tərəfindən vətəndaş Anar Məmmədova etibarnamə verilmədiyindən tərəflər arasında mübahisəli vəziyyət yaranıb. Yanvarın 13-də A.Məmmədov sərxoş halda duracağa gələrək avtomobilin şüşələrini sındırmaqla nəqliyyat vasitəsinə 4.090 manat dəyərində maddi ziyan vurub.
Hazırda faktla bağlı idarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanılaraq araşdırma aparılır. Həmçinin müəyyən edilib ki, Anar Məmmədov özünü qazi kimi təqdim etsə də o, ümumiyyətlə müharibə iştirakçısı deyil və heç bir döyüş əməliyyatında iştirak etməyib. Belə ki, o, 2020-ci il sentyabrın 30-da qismən səfərbərliyə cəlb edilərək hərbi hissələrdən birinə əsgər kimi göndərilib, lakin 6 gündən sonra orada avtomaşından yıxılaraq xəsarət aldığı üçün ordu sıralarından tərxis olunub./Azxeber.com/
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar