Qəbələdə atasından polisə şikayətə gələn şəxs ölüb
İyulun 3-də saat 16 radələrində Qəbələ rayonu Dizaxlı kənd sakini 1975-ci il təvəllüdlü Soltanov Teymur Cəfər oğlu atası tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı polisə müraciət edib.
DİN-in mətbuat xidmətindən azxeber.com-a bildirilib ki, torpaq sahəsinin zəbt edilməsinə görə özünü öldürəcəyini bildirən şəxs rayon polis şöbəsinə dəvət edilib. O, sərxoş vəziyyətdə polis şöbəsinə gəldikdən sonra saat 19 radələrində qəfil halı pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Tibbi müdaxilələrə baxmayaq, o, ürəktutmasından ölüb.
Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri (221, 243, 315) ilə məhkum olunan şəxsin yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizaları təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalar davam etdirilir.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi