Qəfil ölümlərin bir səbəbi də BƏLLİ OLDU
Bəzən bir insanın gündən-günə dəyişən əhvalı onun zahiri görkəminə də təsir edir. Həmin insanda ciddi xəstəliklər aşkar edilməsə də, saralıb-solur və özünü narahat hiss edir. Onun vəziyyətinin pisləşməsinin səbəblərini nə yaxınları, nə də xəstənin özü anlaya bilir. Belə bir vəziyyətdə qəfil ölüm də baş verə bilir. Bunu törədən amilləri araşdıran mütəxəssislər hesab edir ki, ən ciddi səbəblərdən biri stresdir.
KONKRET.az xəbər verir ki, bunu rusiyalı kardioloq, tibb elmləri doktoru Anna Koreneviç də etiraf edib.
"Əslində bütün xəstəliklər həmişə ilkin şərtlərlə bağlı olur. İndi haqqında söhbət açılan problemin başında isə yüksək səviyyəli stress dayanır. Bu və digər insanın ruhunda nə baş verdiyini bilə bilməzsən. Çox vaxt insanlar bu vəziyyəti özündə hiss etmir".
Onun fikirincə, stressin səviyyəsi, tədricən artır və insan bu vəziyyətə alışır. Ancaq bir anda bədən buna dözə bilmir və ürək-damar fəlakəti baş verir. Mütəxəssis aydınlaşdırıb ki, buna gənclərdə də rast gəlinir.
Eyni zamanda, Koreneviç vurğulayıb ki, insan öz pəhrizinə nəzarət edə, şəkər və zərərli yağları qida rasionundan çıxara bilər. Çox vaxt bu da kömək etmir, çünki stress qanda kortizol səviyyəsini artırır: "Pis xolesterinin istehsalı artır, qanda şəkərin səviyyəsi çoxalır və qanın laxtalanmasına səbəb olur. Nəticədə tromboza meyllilik yaranır. Kortizol qan damarlarının kövrəkliyinə səbəb olur ki, bu da hipertoniyaya gətirib çıxarır".
Kardioloq bildirib ki, bütün bunların qarşısını almaq üçün stressin səviyyəsini müəyyənləşdirmək və onunla işləmək lazımdır. Müasir psixoterapiya texnologiyaları bunun öhdəsindən olduqca tez gəlməyə imkan verir. Koreneviç əlavə edib ki, qidalanma ürək və qan damarlarının fəaliyyətinə təsir göstərir. Eyni zamanda, o, yağlı ət və ya piydən deyil, şəkərdən və yüksək qlisemik indeksli qidalardan uzaq durmağı tövsiyə edir: "Ateroskleroz birbaşa yağların deyil, karbohidratların istehlakı ilə bağlıdır. Hər bir konfet orqanizmə zərərlidir. Söhbət təkcə artıq çəkidən deyil, həm də aterosklerozdan və qan damarları ilə bağlı problemlərdən gedir", – deyə rusiyalı kardioloq vurğulayıb.
Vəli Həsənov,
KONKRET.az

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var