Qəfləti ölümün qarşısını necə almaq olar?
Qəfil ürək ölümü baş verərkən, insanı xilas etmək üçün 8-10 dəqiqə vaxtımız var.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq, tibb üzrə fəlsəfə doktoru Yasmin Rüstəmova bildirib. Onun sözlərinə görə, bu, xəstənin reanimasiya şöbəsində və ya onun yaxınlığında olduğu halda mümkündür: "Lakin belə halların 80%-i xəstəxanadan kənarda baş verir. Ancaq yenə də, bunun yolunu tapıblar. Hər şey İsraildə, klinikalardan birinin müdiri Harri Heller qəfləti ürək ölümündən (QÜÖ) vəfat etdiyi zaman başladı. Bu hadisədən sonra onun tələbəsi Maykl Mirovski ABŞ-a köçür və inanın bədəninə qəfil ürək dayanmasının qarşısını ala biləcək bir cihaz yerlşdirməyin yollarını axtarmağa başlayır. 1969-cu ildə ideya artıq mövcud idi, lakin onun həyata keçməsi 11 il apardı və indi o, həyatlar xilas edir. Bəs bu nədir? Bu, insanın körpücükaltı nahiyəsinə yerləşdirilən cihazdır və ondan ürəyə elektrodlar birləşir. Həmin elektrodlar ürəyin dayanmasına reaksiya olaraq, filmlərdə gördüyümüz elektroşok verirlər. Bu mexanizmin mürəkkəb elmi adı - implantasiya olunan kardioverter-defibrilyatordur.
Cihaz daha çox ürəyi 35%-dəb az işləyən insanlara məsləhət görülür. Bu göstəricini ExoKQ-da görmək olar.
Gördüyümüz kimi, qəfləti ürək ölümünü hərdən aldatmaq mümkündür, lakin bunun üçün özümüzə qarşı çox diqqətli olmalıyıq".
Milli.Az /news.milli.az

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Xankəndi Ultramarafonuna yekun vuruldu
Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Azərbaycanın MDB-də mövqeyi güclənir: 2027–2028-ci illər üçün mühüm qərar
Şahbaz Şərif İlham Əliyevə zəng etdi
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Bu maşınlar kəskin bahalaşdı - FOTO
Kamboca baş naziri Azərbaycana gəldi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
İlham Əliyev və Ramzan Kıdırov "Bakı Ağ Şəhər"də olublar
"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
52 yaşlı piyadanı maşın vurub öldürdü