Qəhrəman və peşəkar Azərbaycan Ordusu

Qəhrəman və peşəkar Azərbaycan Ordusu14 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev "CNN Türk" televiziya kanalına müsahibəsində "Bəli, əlbəttə, çox çətin bir şəraitdə. Siz indi gedib görəcəksiniz. Onlar altı xətt istehkam qurmuşdular, müdafiə zolağı qurmuşdular və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik. İndi siz Şuşaya da gedəcəksiniz, görəcəksiniz ki, Şuşanın alınması bir möcüzə sayılır." ifadələri bir daha onu göstərir ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə təkcə Qafqaz regionunda deyil, bütün dünyada böyük əks-səda doğurdu. 
Aparılan döyüşlər noyabrın 10-da Azərbaycanın əzəli və əbədi parçası kimi Dağlıq Qarabağın və ətrafındakı ərazilərimizin  birdəfəlik işğaldan azad olunmasına gətirib çıxardı, Ermənistan ordusunun tam məğlubiyyəti, kapitulyasiyası ilə yekunlaşdı. 44 gün davam etmiş "Dəmir Yumruq" əməliyyatı bütün dünyaya Azərbaycan dövlətinin qüdrətini, ordumuzun nəyə qadir olduğunu nümayiş etdirdi. Ay yarım ərzində rəsmi İrəvanın öz ordusu barədə yaratdığı mifik "məğlubedilməzlik" təsəvvürü kartondan düzəldilmiş daxma kimi uçulub dağıldı.
44 günlük müharibədə Silahlı Qüvvələrimiz ən müasir hərbi texnologiyadan, kəşfiyyat və zərbə pilotsuzlarından, həmçinin yüksək dəqiqlikli artilleriya silahlarından, Ermənistan ordusunun öncə görə bilmədiyi döyüş üsullarından istifadə etməklə Qarabağ səmasında hakim olduğunu, uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, tamamilə yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya sübut etdi və göstərdi ki, bu, gələcəkdə, ümumiyyətlə, hərb sənətində quru döyüşlərinin taktiki mənzərəsini tamamilə dəyişə bilər.
Vətən müharibəsində ordumuzun qazandığı böyük Qələbədə Şuşanın azad edilməsi isə Azərbaycan hərb tarixinin ən yaddaqalan şanlı səhifələrindəndir. Qoşunlarımızın bölmələri düşmənin gözləmədiyi istiqamətdən müdafiə mövqelərini yararaq təbii relyefinə və coğrafi mövqeyinə görə taktiki cəhətdən alınmaz qala hesab edilən Şuşa şəhərinə istiqamət götürdü, kəşfiyyat və zərbə PUA-larından yararlanmadan, Azərbaycan zabit və əsgərlərinin yenilməz iradəsi, yüksək döyüş ruhu və igidliyi ilə Azərbaycanın mədəniyyət beşiyini noyabrın 8-də düşməndən xilas etməyi bacardı. Həmin tarix ölkə təqviminə böyük Zəfər Günü kimi həkk edildi.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar dünya hərb dairələrinin diqqətini cəlb etdi və heyrətini doğurdu. Dünyanın güc mərkəzləri ordumuzun Qarabağda nümayiş etdirdiyi döyüş taktikası və istifadə etdiyi yüksək dəqiqlikli hərbi texnika, ən başlıcası isə Azərbaycan əsgərinin mətinliyi və cəsurluğunu hətta ölkəmizi gözü götürməyən hərbi mütəxəssislər, ekspertlər belə etiraf etməli oldular.
44 gün ərzində ərazilərin azad olunmasında düşmən tərəf dəfələrlə məkrli planlara əl atsa da ordumuz geri durmadı. Yalnız irəli getdi. Düşmənin öz silah sursatlarını qoyaraq qaçması da onu göstərdi ki, Azərbaycan Ordusu yenilməzdir, fəxarət rəmzidir. Ordu korpusları ərazilərin azad edilməsində və mövqelərin əldə saxlanmasında böyük rol oynayıblar. Bundan başqa cəbhə aviasiyası, pilotsuz uçuş aparatları itkilərin minimuma endirilməsində böyük xidmətlər göstərib. Əlbəttə ki, qalib olmaq üçün bacarıqlı hərbçi olmaq, döyüş taktikalarını, düşmənin nələr düşündüyünü təhlil etmək lazım idi. Peşəkarlıq da elə budur. Düşmənin gözlədiyi yoldan deyil, daha çətin və doğru yolla irəliləmək və sonda qalib olmaq. Azərbaycan Ordusu heç bir çətinllikdən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı çəsarətlə yerinə yetirdi. 50 nəfərə yaxın vətən övladı şəhidlik zirvəsinə yüksəlib. Allah onlara rəhmət eləsin. Yaralanan qazilərimizə də şəfalar diləyirik. Böyük qələbəni yurdumuza qazandıran hər bir əsgər öz qəhrəmanlığını göstərməklə gənc nəsil üçün bir örnək yolu keçib. Onların qəhrəmanlıq yolu uşaqlar, gənclər üçün mübarizlik məktəbidir. Qalib Azərbaycanın vətənpərvər övladları dünyaya göstərdilər ki, ədalətin bərpa edilməsi yolunda hər cür fədakarlığa hazırdırlar.
Aslan Mehdiyev
Binəqədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Qarabağ müharibəsi veteranı

Siyasi       Tarix: 18 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əkli

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbər kriminal cebheden xeber xəbər az