Qənirə Paşayeva Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb - FOTO

Qənirə Paşayeva Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb - FOTOQənirə Paşayeva Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb - FOTO
Noyabrın 18-də Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüblər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib.
Ermənistanın növbəti təxribatı nəticəsində başlanan əks-hücum əməliyyatları zamanı Pakistanın Azərbaycanın yanında olması, 30 ildən bəri işğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi günlərində daim Azərbaycanın haqq işini və ədalətli mübarizəsini dəstəklədiyi yüksək qiymətləndirilib. Bütün bunlara görə Pakistan dövlətinə və xalqına dərin təşəkkürümüzü bildiririk.
Qənirə Paşayeva iki ölkə arasında mədəni, iqtisadi, təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb və bu istiqamətdə atılan addımlar, eləcə də ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin də mühüm rol oynadığını qeyd edib.
Pakistanın ölkəmizdəki səfiri Bilal Haye isə öz növbəsində öncə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə Milli Məclisin deputatlarına, Azərbaycan xalqına təbriklərini çatdırıb.
Belə bir vaxtda Azərbaycanda səfir kimi fəaliyyət göstərəcəyi üçün xoşbəxt olduğunu vurğulayan B.Haye qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi dünya tarixində tayı-bərabəri olmayan bir müharibə və möhtəşəm qələbədir. 
Görüşdə iştirak edən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Tahir Rzayev və Sadiq Qurbanov vurğulayıblar ki, dost dar gündə tanınar, Azərbaycanın çətin günlərində ölkəmizin haqq işini dəstəkləməsi Pakistanın əsl dost və qardaş ölkə olduğunu bir daha təsdiqlədi və biz bununla qürur duyuruq.
Söhbət əsnasında dünya siyasətindəki ikili standartlara, bir sıra aktual məsələlərə də toxunulub. Ölkələrimiz arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Qənirə Paşayeva Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb - FOTOQənirə Paşayeva Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb - FOTOQənirə Paşayeva Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb - FOTOQənirə Paşayeva Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb - FOTOQənirə Paşayeva Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb - FOTO

Siyasi       Tarix: 19 noyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xeber bugünki xəbərlər zelzele xeber.az