QƏRAR VERİLDİ: ABŞ İran müharibəsi bu tarixdə BAŞA ÇATACAQ
ABŞ-da Donald Tramp administrasiyasının İranla bağlı mümkün hərbi planları ətrafında səsləndirilən iddialar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Regionda artan gərginlik, xüsusilə İran və israil arasında qarşıdurma ehtimalı fonunda bu cür ssenarilər daha ciddi müzakirə olunur. Lakin mürəkkəb geosiyasi reallıqlar və tərəflərin sərt mövqeyi fonunda hərbi əməliyyatların qısa müddətdə yekunlaşması məsələsi sual doğurur: mayın 10-na qədər müharibənin başa çatdırılması nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, müharibənin nə zaman başa çatacağını dəqiq proqnozlaşdırmaq hazırda mümkün deyil.
Onun sözlərinə görə, ABŞ-ın qısa müddətdə hərbi əməliyyatları dayandırmaq istəyi ola bilər, lakin proses yalnız Vaşinqtonun iradəsindən asılı deyil:
"Burada əsas məsələ İran və İsrail arasında mümkün razılaşmadır. Nəzərə almaq lazımdır ki, İran indiyədək danışıqlarda iştirak etmək istəmədiyini dəfələrlə bəyan edib. ABŞ isə çalışır ki, İran daxilində strateji obyektlərə zərbələr endirməklə və mühüm fiqurları sıradan çıxarmaqla Tehranın danışıqlara məcbur olmasına nail olsun."
Ekspert qeyd edir ki, prosesdə İsrail amili də həlledici rol oynayır. Onun fikrincə, İsraildə hakim olan sərt mövqeli koalisiya hökumətə ciddi təzyiqlər göstərir və bu da müharibənin tezliklə dayandırılması ehtimalını azaldır:
"İsraildə milliyətçi və dini yönümlü qüvvələr müharibənin davam etdirilməsində maraqlıdır. Onlar ABŞ-ın dəstəyini qorumağa və İran üzərində maksimal təzyiq siyasətini davam etdirməyə çalışırlar.
Paralel olaraq Qəzza zolağında vəziyyət və Hizbullah kimi proksi qüvvələrə İranın dəstəyi məsələsi də gərginliyi daha da artırır. Bu isə tərəflər arasında kompromis əldə olunmasını çətinləşdirir".
Zeynal Əmrəliyevin fikrincə, bütün bu amillər fonunda hərbi əməliyyatların konkret tarixə qədər başa çatdırılması real görünmür:
"İran bu şərtlərlə razılaşa bilməz. Ona görə də müharibə uzunmüddətli xarakter ala bilər. Müəyyən razılaşmalar istisna olmasa da, prosesin nə zaman yekunlaşacağına dair dəqiq zaman çərçivəsi göstərmək mümkün deyil".
Beləliklə, ekspertlin qiymətləndirməsinə görə, regionda maraqların toqquşması və tərəflərin sərt mövqeyi səbəbindən qısa müddətdə sülhün əldə olunması və hərbi əməliyyatların dayandırılması ehtimalı olduqca aşağı olaraq qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK