Qərb bölgəsində min dərdə dərman olan möcüzə - VİDEO
Qərb bölgəsində min dərdə dərman olan möcüzə - VİDEO
Artıq uzun illərdir ki Samux rayonunun kiçik bir kəndindən çıxan su qərb bölgəsində məşhurdur.
Bura el arasında Sərkar və ya Sarvan bulağı kimi tanınır.
Bulaq 1946-cı ildə Samux rayonu ərazisində neft kəşfiyyat quyularının qazılması zamanı aşkar olunub.
Mineral tərkibli olan su 1 400 metr dərinlikdən çıxır. 1998-ci ildə suyun gəldiyi ərazidə bulaq salınıb.
Sarvan bulağı tək Samux rayonunda deyil, Gəncə şəhərində də kifayət qədər məşhurdur. Uzun illərdir ki ölkənin ikinci böyük şəhəri də daxil olmaqla yolu Samux rayonundan düşənlər bulağın suyundan istifadə edirlər.
Azərbaycanın unikal təbii sərvətlərindən sayılan Sarvan suyu mədə, böyrək və digər xəstəliklərin müalicəsində əhəmiyyətli dərəcədə effektivdir. Bu suyun ən önəmli özəlliklərindən biri də soyuq olmamasıdır. Hazırda gün ərzində bulaq suyundan minə yaxın sakin istifadə edir.
Daha ətraflı Baku TV-nin süjetində:

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ