Qərb Çinin bu addımından QORXUR - FOTO
Çin cənub qütbündə 2018-ci ildə dayandırılmış beşinci tədqiqat stansiyasının tikintisini bərpa edib.
KONKRET.az xəbər verir ki, "Reuters" agentliyi Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) peyk görüntülərini təhlil edərək bu qənaətə gəlib.
CSIS-in yanvar ayında çəkilmiş görüntülərində bazanın ərazisində müvəqqəti tikililər, vertolyot meydançası və təxminən 5 min kvadratmetr sahəsi olan əsas binanın bünövrəsi görünür. Ross dənizindəki adada yerləşən stansiyanın bir rəsədxanadan ibarət olacağı gözlənilir.
Qeyd olunub ki, tikinti 2024-cü ilə qədər tamamlanacaq.
Bildirilib ki, Pekinin Antarktidada mövcudluğunun genişlənməsi Qərbdə qorxuya səbəb olub.
CSIS ekspertləri hesab edirlər ki, stansiyada yerləşən avadanlıqlar xarici dövlətlərin peyk rabitəsini kəsmək üçün istifadə edilə bilər. Xüsusilə, Çin Avstraliyanın Arnhem buraxılış mərkəzindən atılan raketlərdən telemetriya məlumatlarına çıxış əldə edə biləcək.
Qərb ölkələri hesab edir ki, bölgədəki stansiya Çin Xalq Azadlıq Ordusuna (ÇXAO) casusluq imkanları yarada bilər.
Qeyd edək ki, Çin qütb stansiyalarının casusluq üçün istifadə ediləcəyi ilə bağlı iddiaları rədd edib.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir